İş Təsviri
MOON GROUP AZ MMC
İş barədə məlumat:
Satış komandasının idarə olunması və onların fəaliyyətinə nəzarət etmək;
Satış hədəflərinə nail olmaq üçün komanda ilə birlikdə işləmək;
Komanda üzvlərinin fərdi və kollektiv satış nəticələrini qiymətləndirmək;
Satış proseslərinin effektivliyini artırmaq üçün strategiyalar tətbiq etmək;
Satış göstəricilərini izləmək və hesabatlar hazırlamaq;
Yeni müştərilərin cəlb edilməsi və mövcud müştərilərlə əlaqələrin möhkəmləndirilməsi;
Müştəri ehtiyaclarını öyrənərək uyğun məhsul təklif etmək;
Bazar araşdırmaları apararaq, yeni satış imkanlarını müəyyən etmək;
Rəqabət mühitini analiz edərək satış planlarını inkişaf etdirmək;
İş şəraiti:
İş qrafiki: həftənin 6 günü, saat 09:00-18:00, Nahar fasiləsi-13:00-14:00
Əmək haqqı: 1500-2000 AZN
İşçi əmək qanunvericiliyinə uyğun olaraq rəsmiləşdirilir.
Şirkət promo məhsulların satışı sahəsində fəaliyyət göstərir.
Ünvan: Tiblisi pros. 54
Namizədə tələblər:
Xanım namizədlər
Yaş həddi: 22-35
Satış və ya biznesin inkişafı sahəsində minimum 3-5 il təcrübə
Komandanı idarə etmə, motivasiya və KPI-ların təyin edilməsi bacarığı
Güclü ünsiyyət, inandırma və problem həll etmə qabiliyyəti.
Fəaliyyətində dəqiqlik və yüksək məsuliyyət hissi.
Qeyd: Şəkilli “CV”-nizi mövzu yerinə “Baş satış meneceri” yazaraq Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.