Satış təmsilçisi – Çılçıraq

May 27, 2025
AZN900 - AZN1000
Müraciət sonu: İyun 25, 2025
İndi Müraciət Et

İş Təsviri

Collezione Italia

Təcrübəli və peşakar işçi qrupuna malik olan şirkət hər zaman bizimlə işləyib inkişaf etmək istəyən satış təmsilçilərini öz ailəsinə qatmağa hazırdır.

Şirkət “çılçıraq – satış təmsilçisi” vəzifəsinə vakansiya elan edir.

Tələblər:

Premium seqmentdə ən az 3 il iş təcrübəsi olan xanım namizədlərə üstünlük verilir.
Azərbaycan və rus dillərində səlis danışıq qabiliyyəti;
MC ofis proqramlarında sərbəst işləmə qabiliyyəti;
Komandada işləmə bacarığı;
İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
Satış texnikası haqqında biliyin olması;
Səliqəli, gülərüz və müştərini heyran qoya biləcək biliklərin və auranın olması ;
Aktiv, çevik, təşəbbüskar, ünsiyyətcil, məsuliyyətli olması vacibdir.
Vəzifə öhdəlikləri:

Şourumda təmsil olunan brendlər və kolleksiyaların müştəriyə təqdimatı və satışı;
Müştərilərə məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat verilməsi;
Müştəri bazasının yaradılmasında bilavasitə iştirak;
Qarşıya qoyulacaq satış hədəflərinin yerinə yetirilməsi;
Müştəriyə təqdim ediləcək təkliflərin hazırlanması, təqdimi və təqibi;
Görülən işlər haqqında gündəlik, həftəlik hesabatların hazırlanması;
Şourumun, VM-in hər zaman hazır və səliqəli vəziyyətdə olmasına nəzarət;
Bazar araşdırması aparma qabiliyyəti, rəqiblərin fəaliyyətini analiz etmə;
Şirkətin qərar verdiyi bütün treyninqlərdə iştirak;
Şirkətin prinsiplərinə, missiyasına sadiq olmaq;
Üstünlüklər:

Xaricdə sərgilərdə və iş görüşlərində iştirak;
Fabrik nümayəndələri tərəfindən təlimlər;
Premium seqmentdə iş təcrübəsi.
Peşəkar inkişaf və yüksəliş imkanları.
Şərtlər:

Həftə ərzində 6 iş günü, istirahət- həftədə 1 gün
İş saatı ( növbəli): 10:00-18:00; 10:00-20:00
Əmək haqqı: Təcrübədən asılı olaraq 900 AZN – 1000 AZN +satışdan bonus