İş Təsviri
Collezione Italia
“Collezione Italia” – fəaliyyət istiqaməti Avropa premium mebel brendlərinin və lüks interyer dizayn predmetlərinin (mebel və mətbəx, santexnika, divar örtükləri, divar kağızları, parket, qapı, pəncərə, pərdə, işıqlandırma, zəngin qab-qacaq kolleksiyası və ev üçün aksessuarların) satışı olan şirkət üçün “Satış təmsilçisi – Mətbəx mebeli” vakansiyasını elan edir.
Vəzifə barədə məlumat:
Mətbəx mebelləri istehsalçısı olan fabriklərin məhsullarının satışının həyata keçirilməsi;
Məhsulun təqdim edilməsi və məhsulun bütün çeşidlərinin mövcudluğuna nəzarət etmək;
Mövcud müştəri bazası ilə işləmək, müştərilərlə uzun müddətli iş münasibətləri yaratmaq və onu qorumaq;
Müştəriyə brend məhsulun çeşidi haqqında məlumat vermək, alıcıya məhsulun seçimində köməklik göstərmək;
Müştəridən və yaxud birbaşa müştərinin evinə gedərək ölçülərin götürülməsi;
Qarşısına qoyulan hədəfləri, satış planını yerinə yetirmək, mağazanın işgüzar nüfuzunun qorunması.
Tələblər:
Luks seqmentdə Mətbəx və digər mebelin satışında minimum 1-3 il iş təcrübəsi olmalı;
Dil bilgiləri: Azərbaycan, Rus dillərində danışıq qabiliyyəti olması vacibdir. (ingilis dili biliyinin olması arzuolunandır;
Planlaşdırma, analiz və idarəetmə bacarığı;
Yüksək satış qabiliyyəti olmalı;
AutoCAD proqramından istifadə etməyi bacarmalıdır.
Şərtlər:
Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə əsasən sənədləşmə;
Həftə ərzində – 6 iş günü, istirahət- 1 gün;
İş saatı növbəli: 10:00-18:00; 10:00-20:00;
Əmək haqqı: Təcrübəyə əsasən əmək haqqı + satışdan bonus
Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Satış təmsilçisi – Mətbəx mebeli” sözlərini qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.
İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.