İş Təsviri
SER Company
Siz əldə edəcəksiniz:
Adekvat əmək haqqı və satışa görə bonuslar
Telefon danışıqları və yanacaq haqqının ödənilməsi
Şəxsi avtomobili ilə işləyənlərin amortizasiya xərclərinin ödənilməsi
Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə
Vəzifə öhdəlikləri:
Şirkətin idxal etdiyi və yerli istehsalı olan ərzaq və qeyri-ərzaq mallarının satışını təşkil etmək;
Təyin olunan marşrut üzrə vaxtlı-vaxtında müştəriləri ziyarət etmək və sifarişlər götürmək;
Təyin olunmuş satış və kassa planlarının icrası;
Müştərilərdən ödənişlərin toplanması;
Yeni məhsulların ticarət nöqtələrində təqdimatı;
Yeni müştərilərin tapılması və partnyor şəbəkəsinə daxil edilməsi;
Satışın stimullaşdırılması üçün tədbirlər görmək;
Gündəlik fəaliyyət haqqında satış müdirinə hesabat vermək.
Tələblər:
Ali və ya orta təhsil;
Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi
Yaş həddi: 25-45
Yüksək səviyyədə ünsiyyət qurma və inandırma bacarığı
Bakı şəhərini, onun rayonları və kəndləri üzrə məntəqələri tanımaq
Məsuliyyətli, dəqiq, ciddi, inkişafa meyilli olma
Sürücülük vəsiqəsi (B kategoriya), şəxsi minik avtomobili
İş şəraiti:
İş qrafiki: həftəiçi 5 gün
İş saatı: 09.00 – 18.00
İstirahət günləri: şənbə və bazar
Əmək haqqı: (fix + bonus) 1500+