İş Təsviri
Chelebi
İş şəraiti:
İş yeri: Chelebi, Port Baku
İş qrafiki: Tam iş günü (həftədə 40 saat)
Əmək haqqı: 600 AZN (net) + bonus
Cinsi: Kişi namizədlərə üstünlük veriləcəkdir
Vəzifə öhdəlikləri:
Müştərilərə şourumda məhsullar haqqında məlumat vermək və satışda kömək etmək
Sifarişlərin qəbulu və izlənməsi
Satışların rəsmiləşdirilməsi və gündəlik hesabatların aparılması
1C proqramında işləmək
Məhsulların düzgün düzülüşünü və ticarət sahəsinin təmizliyini təmin etmək
Komanda ilə birgə işləmək və rəhbərliyin tapşırıqlarını yerinə yetirmək
Zaman-zaman inventarizasiya prosesində iştirak etmək
Tələblər:
Satış sahəsində iş təcrübəsi arzuolunandır
1C proqramını bilmə üstünlükdür
Azərbaycan, rus və ingilis dillərində ünsiyyət bacarığı
Mehriban, məsuliyyətli və diqqətli olmaq
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Xahiş olunur CV-lərinizi göndərərkən, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını qeyd edəsiniz.