İş Təsviri
Satış üzrə Menecer
İş yeri: Müasir ofis – Sabah Residence Kompleksi, Bakı şəhəri, Səbail rayonu
Əmək haqqı: Müsahibə zamanı müəyyən ediləcək
Məşğulluq növü: Tam ştat
Vəzifə öhdəlikləri:
Müştərilərlə düzgün və peşəkar ünsiyyət qurmaq, layihələr (mənzillər) haqqında dolğun və ətraflı məlumat vermək;
Müştəri suallarını əsaslandırılmış formada cavablandırmaq və layihənin keyfiyyəti, fərqləndirici xüsusiyyətləri barədə məlumat təqdim etmək;
Təyin edilmiş satış hədəflərinə çatmaq üçün şirkət strategiyasına uyğun çalışmaq;
Satışı stimullaşdırmaq üçün təkliflər vermək;
Müştəri bazasını genişləndirmək, yeni müştərilərin cəlb edilməsi üçün ideyalar irəli sürmək;
Satışdan sonrakı proseslərə nəzarət etmək və müştəri xidmətlərinin keyfiyyətinə nəzarət etmək.
Tələblər:
Müvafiq sahədə iş təcrübəsi, real estate sahəsində minimum 1 il iş təcrübəsi;
Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları);
Güclü ünsiyyət və danışıq qabiliyyəti;
Rus dili bilikləri arzuolunandır;
Komandada işləmək bacarığı.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.