İş Təsviri
Agrokimya
Ünvan: BAKI ş., Yasamal r. , Şəfayət Mehdiyev 271 A.
Əsas vəzifə və öhdəliklər:
Müştəri məmnuniyyətinin təmin olunması;
Korporativ müştərilərlə bir başa, telefon, e-mail və digər elektron vasitələrlə əlaqə saxlanılması və cavablandırması, şirkət tərəfindən təqdim olunan məhsul barədə düzgün məlumat verilməsi;
Müştərilərdən gündəlik sifarişlərin qəbul edilməsi və 1C proqramında sifarişlərin yazılması;
Qiymət təklifinin hazırlanması;
Müqavilənin tərtib olunması;
Şirkətə müraciət edən müştərilərə yüksək keyfiyyətli xidmət göstərilməsi;
Rəhbərlik tərəfindən verilən tapşırıqların operativ yerinə yetirilməsi;
Namizədə tələblər:
Xanım namizəd
Satış sahəsində ən azı 1 il iş təcrübəsi; (arzuolunandır)
Ali təhsil;
Yüksək səviyyədə Azərbaycan dili (Rus və İngilis dil bilikləri arzuolunandır);
Microsoft Excel proqramından sərbəst şəkildə istifadə (1C proqramı bilikləri üstünlükdür);
Verilən tapşırıqları vaxtında yerinə yetirmək bacarığı;
Yüksək ünsiyyətqurma və komanda ilə işləmək bacarığı;
İş şəraiti:
İş saatı 9:00 –dan 18:00 -dək, Şənbə günü 9:00 -dan 13:00-dək
İstirahət günü: Bazar
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə.
Nahar şirkət tərəfindən təmin edilir.
Mobil telefon, korporotiv nömrə və aylıq mobil rabitə limiti şirkət tərəfindən təmin olunur.
Əmək haqqı: 600-700 AZN-dən ( Namizədin bilik və təcrübəsinə əsasən Ə/M müəyyənləşəcək )