İş Təsviri
PAY Group
2011-ci ildən etibarən PAY Group MMC-nin tərkibində fəaliyyət göstərən, lüks seqmentə xitab edərək bir sıra tikinti və hər növ interyer dizayn məhsullarının, xüsusilə hər növ qapıların pərakəndə və topdan satışını həyata keçirən Fortex sərgi salonuna satış üzrə mütəxəssis axtarırıq.
Vəzifə üzrə əsas öhdəliklər:
Məhsulların tanıtma işlərini təşkil etmək.
Müştərilərlə rahat ünsiyyətin qurulması, mal və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması, məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat vermək.
Müştəri ehtiyaclarını müəyyən etmək və müvafiq həlləri tövsiyə etmək.
Məhsulları peşəkar və bilikli şəkildə müştərilərə təqdim etmək və izah etmək.
Müsbət və peşəkar davranışla müştərilərə xidmət etmək.
Səbr və anlayış göstərərək mövcud problemləri həll etmək.
Müsbət biznes və müştəri əlaqələri qurmaq, inkişaf etdirmək və qoruyub saxlamaq.
Məmnuniyyəti artırmaq üçün müştəri problemlərinin və şikayətlərinin həllini sürətlə icra etmək.
Müəyyən edilmiş şirkət strategiyasına uyğun bir şəkildə çalışmaq.
Vəzifə üzrə əsas tələblər:
Ali və ya orta təhsil.
Satış sahəsində iş təcrübəsi mütləqdir. (Qapı, tikinti materialları, dizayn məhsulları və s. oxşar sahələrdə çalışanlara üstünlük verilir)
Satış prosesini və dinamikasını başa düşmək.
Effektiv dinləmə, yazılı və şifahi ünsiyyət bacarıqları.
Mükəmməl şəxsiyyətlərarası bacarıqlar, o cümlədən həm müştərilər, həm də təchizatçılarla tez bir zamanda əlaqə qurmaq bacarığı.
Word, Excel və Outlook daxil olmaqla Microsoft proqramlarından sərbəst istifadə bacarığı.
Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti mütləqdir. Rus dilində danışıq üstünlükdür.
Yaş həddi 23-38 yaş arası
Cinsi: kişi
İş şəraiti:
İş qrafiki: Həftənin 6 günü, 10:00-19:00
İstirahət günü: Bazar.
Nahar şirkət tərəfindən verilir.
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə.
Əmək haqqı razılaşma ilə + bonus
Vakansiyanın adını Mövzu yerində qeyd etməklə, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Tələblərə uyğun olmayan və mail-da “Mövzu” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV” – lərə baxılmayacaq.