Satış üzrə baş mütəxəssis

Müraciət sonu: İyul 10, 2025
İndi Müraciət Et

İş Təsviri

Ram Holding

Namizədə olan tələblər:

Ali təhsil;
Satış sahəsində ən azı 5 il iş təcrübəsi(Rəhbər kimi təcrübə üstünlükdür);
Azərbaycan dili səlis, ingilis dili əla səviyyədə olmalı;
Ezamlara hazır olmalı;
Şəxsi avtomobil və sürücülük vəsiqəsi olmalı.
Vəzifə öhdəlikləri:

Satış ilə bağlı bazar araşdırmalarının aparılması və potensial müştərilərin müəyyən edilməsi;
Şirkət strateqiyasına və hədəflərinə uyğun satış strateqiyasının müəyyən edilməsi;
Müştərilərə zəng və ya email vasitəsi ilə ilkin əlaqənin qurulmasının təmin edilməsi;
Yeni əlaqələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili, təqdimatların keçirilməsi və təkliflərin verilməsi;
İşgüzar yazışmaların həyata keçirilməsi və müştərilərlə danışıqların aparılması;
Müştərilər tərəfindən göndərilən sorğuların satış mütəxəssisləri arasında bölgüsünün planlaşdırılması;
Satışın icrası üçün lazımi müqavilə sənədlərinin( dövlət reestrindən çıxarış, şirkət direktorunun şəxsiyyət vəsiqəsi, məhsul təhvil alacaq şəxsin etibarnaməsi) düzgün və tam hazırlanması və nəzarət edilməsi;
Satışın artırılması üçün mövcud müştərilərlə münasibətlərin qorunması və məhsullarla bağlı çarpaz təkliflər hazırlanması;
Potensial müştərilərlə əlaqələrin lazımı səviyyədə təşkil edilməsi üçün davamlı olaraq satış mütəxəssislərinin işinin və onların fəaliyyət planlarının icrasının izlənilməsi, satışla bağlı detalların Bitrix, və 1C-də düzgün qeyd edilməsinə nəzarət edilməsi;
Satış mütəxəssislərinin regionlara ezamiyyətinin təşkili, bölgələr üzrə bölgünün planlaşdırılması;
Satış haqqında cashflow, forecast, məhsullara və müştərilərə görə hesabatların hazırlanması;
Satış mütəxəssisləri üçün aylıq satış hədəflərinin təyin olunması;
Korporativ satış əməkdaşları üçün yeni əməkdaşların seçilməsi və təlimlərin təşkil olunması;
Müştəri borclarının ödənişinin təmin edilməsi;
Məhsulların istifadəçiyə çatdırılmasının təşkil edilməsi;
İştirak ediləcək tenderlərin seçilməsi;
Qazanılmış tenderlərin icrasına nəzarət edilməsi;
İş şərtlərimiz:

İş qrafiki : Həftə içi 5 gün;
İş saatları: 08:30-17:30;
İş yeri: Lökbatan Dairəsi Salyan Şossesi.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satış üzrə baş mütəxəssis” yazaraq Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.