Sektor müdiri / İnformasiya kommunikasiya texnologiyaları təminatı şöbəsi / İT əməliyyatları və layihələrinin koordinasiyası sektoru

Müraciət sonu: İyul 4, 2025
İndi Müraciət Et

İş Təsviri

AzerGold CJSC

Əsas vəzifə və öhdəliklər:

Cəmiyyətin İnformasiya texnologiyaları sahəsində siyasətini, habelə proseduraların və qaydaların hazırlanması;
Şöbəyə aid prosedur və təlimatların yazılması, razılaşdırılması və onların icrasına nəzarətin həyata keçirilməsi;
Cəmiyyətdə elektron informasiya sistemlərinin dayanıqlığına nəzarət üçün tələblərin təhlili və sənədləşdirilməsi, onların maraqlı tərəflə razılaşdırılması;
İnformasiya texnologiyaları layihələrinin icrası və avadanlıq yenilənmələri zamanı müvafiq texniki tapşırılıqların və layihə həcmlərinin tərtib edilməsi;
Şöbənin illik büdcəsi və satınalmalar planının şöbə daxili əməkdaşlarla və Cəmiyyətin digər struktur bölmələri ilə qarşılıqlı fəaliyyəti nəticəsində formalaşdırlıması və nəzarətin həyata keçirilməsi;
Sifarişlərin verilməsi, şöbədaxili təsdiq edilmiş sənədlərin və iş məlumatlarının arxivlənməsi və dövriyyəsinin təşkili;
İT layihələrinin icrası və şöbənin gündəlik fəaliyyəti zamanı podratçılarla uyğun işin təşkilinin həyata keçirilməsi;
Şöbənin daxili sənədləşməsinin təşkil edilməsi (Müqavilələr, ödəniş sənədləri və s.)
Şöbəyə aid mövcud aktivlərin (avadanlıqların və materialların) idarəedilməsi və təmin edilməsi.
Tələb olunan bilik, bacarıq və səriştələr:

Dil bilikləri: Azərbaycan dili səlis, İngilis və Rus dili yaxşı səviyyədə tələb olunur;
İTİL V4 üzrə biliklərə malik olması (sertifikatın olması arzuolunandır)
Layihələrin idarəedilməsi üzrə təcrübə (sertifikatın olması arzuolunandır)
Serverlər, Şəbəkələr və Nəzarət sistemləri üzrə təməl biliklərin olması
Kompüter bilikləri: Microsoft Word, Exel, Visio, Power point, Outlook
Korporativ ünsiyyət, Əməkdaşlıq, Məsuliyyətlilik, Davamlı inkişaf, Nəticə yönümlülük, Təşəbbüskarlıq, Təşkilatı anlama, Çeviklik, Problem həlletmə bacarıqları.
Tələb olunan təhsil və iş təcrübəsi:

Ali təhsil (İT üzrə təhsil arzuolunandır);
İT sahəsində ən azı 5 il, layihələrin idarəedilməsi üzrə ən azı 3 il
İş qrafiki:

Əməkdaşın iş qrafiki həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar:

Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
Nəqliyyat xidməti.
Rəqabətli mükafatlandırma sistemi.