Sertifikatlaşma üzrə mütəxəssis

Müraciət sonu: İyul 31, 2025
İndi Müraciət Et

İş Təsviri

AGRO – WEST DC LLC

Tələblər:

Ali təhsil (Texniki, Standartlaşdırma, Beynəlxalq ticarət və ya əlaqədar sahələr üzrə);
Sertifikatlaşdırma və gömrük rəsmiləşdirilməsi sahəsində minimum 2-3 il iş təcrübəsi;
Azərbaycan Respublikasının gömrük qanunvericiliyi və sertifikatlaşdırma qaydalarını dərindən bilmək;
FMCG və ya qida sektorunda işləmə təcrübəsi üstünlükdür;
MS Office proqramlarını yaxşı səviyyədə bilmək;
Diqqətli, məsuliyyətli və vaxtında iş çatdırmaq bacarığı;
Azərbaycan dili mükəmməl, rus və ingilis dili bilikləri arzuolunandır.
Vəzifə öhdəlikləri:

Məhsulların milli və beynəlxalq standartlara uyğunluğunu təmin etmək;
Sertifikatlaşdırma prosesinin təşkili və idarə olunması;
Müvafiq dövlət orqanları ilə (AZS, AQTA, Səhiyyə Nazirliyi və s.) əlaqələrin qurulması;
Məhsulların etiketlənməsi, tərkibi və qablaşdırmasının normativ tələblərə uyğunluğunun yoxlanılması;
Yeni məhsullar üçün uyğunluq və təhlükəsizlik sənədlərinin alınması.
İş Şəraiti:

İş qrafiki: 5 gün;
İş Saatı: 09:00-18:00;
Nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur;
Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq;
İş yeri:Bakıxanov qəs.Bəşir Bünyadov küç.
Maraqlanan namizədlər öz CV formalarını mövzu hissəsinə “ Sertifikatlaşma üzrə mütəxəssis” yazaraq Müraciət Et düyməsində qeyd olunan elektron poçtuna göndərmələri xahiş olunur.