SƏTƏM üzrə mütəxəssis

May 22, 2025
AZN800 - AZN1000
Müraciət sonu: İyun 20, 2025
İndi Müraciət Et

İş Təsviri

PFM Catering

Vəzifə və Öhdəlikləri:

İş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına nəzarətin təmin edilməsi;
İş yerində baş vermiş iş qəzaları , xəsarətlərin səbəblərinin analizı və qarşısının alınması üçün tədbirlərin hazırlanması və onların həyata keçirilməsinin təşkili;
Təhlükələrin müəyyən edilməsi və düzəldici tədbirlərin görülməsi üçün SƏTƏM auditlərinə, risk qiymətləndirmələrinə və insident araşdırmalarında iştirak edilməsi;
İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanması;
Təlimat jurnallarının imzalanmasına nəzarət edilməsi;
Tibbi vasitələrin istifadəsi üzrə hesabatların hazırlanması;
İşə qəbul olunan yeni işçilərə , o cümlədən dövrü olaraq mövcud işçilərə əməyin mühafizəsi, texniki təhlükəsizliklə bağlı giriş təlimatının, təkrar, plandan kənar və cari təlimatların keçirilməsi;
İşçilərin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinə nəzarət edilməsi;
İşçilərə verilən xüsusi geyimlərin, ayaqqabıların, fərdi mühafizə vasitələrinin və digər vasitələrinin standartlara və sahə normalarına uyğun olmasına və bu vasitələrdən istifadəsinə nəzarət edilməsi.
Tələblər:

Təcrübə: minimum 3 il (müvafiq sahə üzrə);
Dil bilikləri:Azərbaycan dili. Xarici dil biliyi arzuolunandır.
Komputer bilikləri (Microsoft office)
Məsuliyyətlilik, operativlik və qərarvermə qabiliyyəti.
İş Şəraiti:

Ünvan: Sumqayıt (Baş ofis Bakı)
Əmək haqqı: 800-1000 azn (bilik və təcrübəyə əsasən təyin olunacaq)
İş qrafiki: tam iş həftəsi (5 gün)
İş saatları: 08:00-17:00
İstirahət günləri: Şənbə/bazar
Nahar şirkət tərəfindən verilir