İş Təsviri
Group Motors
Peşəkar sürücülük bacarıqlarına malik, məsuliyyətli və etik davranışlara önəm verən namizədləri komandamıza qoşulmağa dəvət edirik.
Stabil iş mühiti və inkişaf imkanları sizi gözləyir!
Vəfizə öhdəlikləri:
Şirkət rəhbərliyinin və əməkdaşların müxtəlif istiqamətlər üzrə vaxtında və təhlükəsiz şəkildə daşınmasını təmin etmək.
Sənədlərin, bağlamaların və digər yüklərin dövlət orqanlarına, tərəfdaşlara və digər təyinat nöqtələrinə çatdırılması və gətirilməsi.
Şirkətə gələn yerli və xarici qonaqların qarşılanması, təyinat nöqtələrinə çatdırılması və komfortlu şəkildə müşayiət olunmasının təmin edilməsi.
İdarə etdiyi nəqliyyat vasitəsinin texniki sazlığını gündəlik yoxlamaq, nasazlıq və ya zəruri texniki xidmət barədə vaxtında məlumat vermək.
Avtomobilin təmizliyinə və ümumi səliqəsinə daim nəzarət etmək.
Yol hərəkəti qaydalarına tam şəkildə əməl etməklə, təhlükəsiz və məsuliyyətli şəkildə avtomobili idarə etmək.
Gündəlik iş marşrutlarını planlaşdıraraq vaxtın və yanacağın səmərəli istifadəsini təmin etmək.
Ezamiyyətlər zamanı verilmiş tapşırıqları məsuliyyətlə və tam şəkildə icra etmək
Tələblər:
Şirkət Sürücüsü kimi ən azı 3 il iş təcrübəsi;
Rus və İngilis dillərini yaxşı səviyyədə bilməsi (mütləqdir)
Yaş 30-45
Dəqiqlik və məsuliyyətli yanaşma
Təhlükəsizlik qaydalarına riayət
İş qrafiki
İş saatı 09:00-18:00
Əmək haqqı: 900-1000 Azn
Vakansiya ilə maraqlanan namizədlər öz tərcümeyi-hallarını (CV) “mövzu” yerinə “Şirkət Sürücüsü” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.