İş Təsviri
Veysəloğlu MMC
İş şəraiti:
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
Vəzifə öhdəlikləri:
Server, yaddaş, ehtiyyat nüsxələnmə və bulud sistemlərinin gündəlik işini nəzarətə götürmək, optimallaşdırmaq və uyğunluqla idarə etmək.
Sistem infrastruktur problemlərinin aradan qaldırılması və kök səbəb analizinin həyata keçirilməsi.
Cari və gələcək biznes tələblərinə uyğun sistem infrastruktur tutumunu izləmək və planlaşdırmaq.
Problemlərin aşkarlanması, aradan qaldırılması və uzunmüddətli həllərin tətbiqinin təmin edilməsi.
Sistem infrastruktur dəyişikliklərini qiymətləndirmək, planlaşdırmaq və idarə etmək, biznesə təsiri minimuma endirmək.
Sistem infrastruktur aktivlərinin konfiqurasiya və sənədləşməsini hazırlamaq və idarə etmək.
İdarəetmə tapşırıqlarını və sistem infrastruktur çərçivəsində avtomatlaşdırmaq üçün skriptlər hazırlamaq (Azure Cloud Shell, Powershell) və alətlər idarə etmək.
Sistem infrastrukturunda baş verən fövqəladə hallar zamanı operativ reaksiya vermək, xidmətin fasiləsizliyini təmin etmək və hadisə zamanı bütün maraqlı tərəflərlə koordinasiyalı və aydın şəkildə ünsiyyət qurmaq bacarığı.
Bulud əsaslı infrastrukturun (Azure, M365) idarə olunması və hibrid mühitlərlə inteqrasiyanı təmin etmək.
Fəlakətdən bərpa (DR) planlarını hazırlamaq, mütəmadi testlər keçirmək və uğursuzluqlardan sürətli bərpa olunmanı təmin etmək.
Sistem etibarlılığının, performansının və əməliyyat səmərəliliyinin artırılması üçün təşəbbüsləri müəyyənləşdirmək, təklif etmək və idarə etmək.
Sistem infrastruktur xidmətlərinin şirkətin siyasətləri və normativ sənədləri ilə uyğunluğunu təmin etmək.
İş fəaliyyətinə uyğun rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək
Tələblər:
Windows Server əməliyyat sistemlərinin, eləcə də onun rollarının (AD, CA, RDS, DNS, DHCP) quraşdırılması və idarə edilməsi.
Microsoft Azure və Microsoft 365 sahəsində təcrübə arzuolunandır / üstünlük verilir.
VMware vSphere üzrə iş təcrübəsi.
Veeam Backup adn Replication üzrə iş təcrübəsi.
IaaS, PaaS və SaaS bulud modelləri arasındakı fərqləri anlamaq.
Public Cloud, Hybrid Cloud və Private Cloud modelləri arasındakı fərqləri anlamaq.
Server, storage və SAN switch-lərin quraşdırılması və idarə edilməsi.
Monitoring sistemləri ilə işləmə bacarığı (Azure Monitor, SolarWinds və s.).
Ali təhsil.
İngilis dili bilikləri.
Minimum 3 il müvafiq sahədə iş təcrübəsi.
Şəxsi keyfiyyətlər:
Problemlərin həll olunmasında kreativ yanaşma.
Komandada işləmək bacarığı.
Stressə davamlılıq və vaxtın idarə edilməsi bacarığı.
Təkliflər:
Müxtəlif maraqlı layihələrdə iştirak və peşəkar inkişaf imkanı.
Təlim və sertifikat proqramlarına dəstək.
Əməkhaqqı: Müsahibə əsasında təyin olunacaq.
Təminatlar:
İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
Nahar ilə təmin edilmə.
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Sistem İnzibatçısı Aparıcı Mütəxəssis” qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.