Smeta mühəndisi

İyun 16, 2025
Müraciət sonu: İyul 12, 2025
İndi Müraciət Et

İş Təsviri

Puva Construction

Vəzifə öhdəlikləri:

Tender və tikinti layihələri üzrə smeta sənədlərinin (lokal smetalar, obyekt üzrə ümumi smeta, texniki-iqtisadi göstəricilər) hazırlanması
Layihə sənədlərinə əsasən tikinti, quraşdırma və material dəyərlərinin hesablanması
Dövlət standartlarına və normativ göstəricilərə əsasən qiymət cədvəllərinin tərtibi
Podrat və subpodrat müqavilələrinə uyğun smetaların uyğunlaşdırılması və büdcə planlarının hazırlanması
İcra zamanı faktiki yerinə yetirilən işlərin həcm və qiymət analizi, müqayisəli hesabatların hazırlanması
Layihə dəyişiklikləri zamanı yenilənmiş smeta sənədlərinin hazırlanması və rəhbərliyə təqdim edilməsi
Tikinti obyektində istifadə olunan materialların miqdarına və normativ xərclərinə nəzarət edilməsi
Əmək haqqı, texnika, material və digər xərclərin smeta üzrə doğru bölüşdürülməsini təmin etmək
Audit və yoxlama zamanı təqdim edilmək üçün smeta sənədlərinin arxivləşdirilməsi və sistemləşdirilməsi
Layihə rəhbərləri, mühəndislər və maliyyə şöbəsi ilə koordinasiyalı şəkildə işləmək
Namizəddən tələblər:

İnşaat mühəndisliyi, iqtisadiyyat və ya maliyyə üzrə ali təhsil
Smeta sənədlərinin hazırlanması üzrə ən azı 5 il iş təcrübəsi
Smeta proqramlarında işləmə bacarığı
Tikinti sahəsində normativ sənədlər, qiymət cədvəlləri və SNİP-lərlə işləmə təcrübəsi
Tender sənədləri və müqavilə şərtləri ilə işləmə bacarığı
Maliyyə hesabatlarının aparılması və təhlil edilməsi üzrə bilik
Analitik düşünmə, diqqətlilik və vaxtında tapşırıqları yerinə yetirmə bacarığı
Komandada işləmə və məsuliyyətlilik
İş şəraiti:

İş yeri: Bakı şəh., Nərimanov ray., Məsud Əlizadə 138.
İş qrafiki: I -V günlər
İş saatı: 09:00-dan 18:00-a
Koorporativ nömrə ilə təmin olunur.
Əmək haqqı: Namizədin təcrübəsindən asılı olaraq.