İş Təsviri
Rapid Services Azerbaijan LLC
Vəzifə öhdəlikləri:
Layihə sənədləri və FHN-in təsdiqlədiyi resurs smetası əsasında ilkin və yekun tikinti smetalarının hazırlanması;
Tikinti, təmir və quraşdırma işləri üzrə mövcud layihə-smeta sənədlərinin təhlili və qiymətləndirilməsi;
Layihə çərçivəsində büdcə risklərinin müəyyən edilməsi və smeta dəyərinin risk analizləri ilə uyğunlaşdırılması;
Layihə spesifikasiyaları ilə smeta sənədləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması;
Smetaya dair dəyişikliklərin sənədlərə vaxtında və düzgün şəkildə inteqrasiyası;
Podratçı və ya üçüncü tərəf təşkilatlar tərəfindən təqdim edilən smetaların texniki və normativ uyğunluq baxımından yoxlanılması və arayışların hazırlanması;
Tikinti sahəsində faktiki iş həcmlərinin və materialların ölçülməsi, cədvəl və hesabatların tərtibi;
Tikinti-quraşdırma və təmir işlərinin real bazar qiymətləri ilə qiymətləndirilməsi;
Tikinti obyektlərinin yenidən qurulması və ya təmir olunması üçün titul vərəqələrinin hazırlanmasında iştirak;
Namizədə tələblər:
Ali təhsil (İnşaat, tikinti mühəndisliyi və ya müvafiq sahə üzrə);
Layihə və smeta sənədlərinin hazırlanması sahəsində minimum 5 il iş təcrübəsi;
Qüvvədə olan smeta hesablama qaydaları, tikinti normativləri və metodiki göstərişləri mükəmməl bilmək;
FHN-in resurs smeta sistemində sərbəst işləmək bacarığı mütləqdir;
Analitik düşüncə qabiliyyəti, dəqiqlik və operativlik;
Azərbaycan dili – əla səviyyədə; rus və ingilis dili bilikləri üstünlükdür;
Kompüter bilikləri: MS Office (xüsusilə Excel), AutoCAD, 1C, Smeta+, Resurs smeta və digər profil proqram təminatları.
İş şəraiti:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
İş yeri: Bakı şəhəri
İş qrafiki: 6 günlük iş rejimi
Əmək haqqı işçinin təcrübəsinə əsasən müsahibə əsasında müəyyən olunacaqdır.
CV-lərinizi “Smeta mühəndisi” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.