SMM & Marketinq mütəxəssisi

Müraciət sonu: İyun 26, 2025
İndi Müraciət Et

İş Təsviri

Selfie Travel

Bizimlə birlikdə inkişaf edib, karyeranızda yüksəlməyə hazırsınız?

İş barədə məlumat

Sosial media hesabları və platformaları (Facebook, Instagram, Tiktok, Youtube, TikTok, Telegram, Linkedin) ilə işləmək;
Aylıq sosial media planın hazırlamaq
Kontentin hazırlanması üçün mütəmadi olaraq yenilikləri izləyərək kontent plana tətbiq etmək;
Sosial media postlarının hazırlanmasında dizayner üçün brief hazırlamaq
Kontentin sosial mediada paylaşılmasını təmin etmək;
Səhifəyə gələn sorğuların çağrı mərkəzi əməkdaşları tərəfindən cavablandırılmasını izləmək
Hazırlanmış post plan üzrə qrafika uygun gündəlik düzgün şəkildə paylaşımların icrası
Satış komandasından dolğun brieflərin alınması və dizeynerə brieflərin tam və dolğun şəkildə ötürülməsi
Rəqiblərin,ümumi bazarın təhlili və bu istiqamətdə təkliflərin,yeni ideyaların hazırlanması
İş saatları:

Bazar ertəsi – 10:00-dan 19:00-dək;
şənbə günü- 10:00-dan 16:00-dək
Əmək haqqı şəxsin təcrübə və bacarıqlarına görə müəyyənləşdiriləcəkdir, (500-1000 azn ) (namizədin təcrübəsinə görə maaşa individual baxıla bilər).

Tələblər ️

SMM & Marketinq sahəsində ən azı 1 il iş təcrübəsinə malik olmaq
Azərbaycan və rus dillərini yüksək səviyyədə bilmək (ingilis dili arzuolunandır)
Kompüterdə işləmək, internetdən aktiv istifadə və sürətli axtarış bacarığı,
Səlis və işgüzar danışıq bacarığına malik olmaq(yalniz xanimlar)
İşgüzar yazışmaların aparılması,
Gülərüz və özünə qarşı tələbkar olmaq,
Məsuliyyətli və diqqətli olmaq,
Vaxtın idarəolunması bacarığına sahib olmaq,
Komandada işləmə qabiliyyətinə malik olmaq.
Xüsusi qeyd: Xanımlar qəbul olunur (21-28 yaş)