İş Təsviri
ECONGroup MMC
Əsas vəzifələr:
Şirkətin sosial media strategiyasının hazırlanması və social media hesablarının aktiv şəkildə idarə olunması (LinkedIn, Instagram, Facebook, Tik tok və s.)
Həftəlik və aylıq kontent planlarının hazırlanması və paylaşılması, şirkət üçün lazım olan namizədlərin tapılmasında aktivlik göstərmək.
Reels və digər video formatda kreativ kontentlərin hazırlanması və paylaşılması
Vizual və mətn kontentlərin hazırlanmasına nəzarət (dizayner və ya copywriter ilə birgə)
Sosial media statistikalarının təhlili və aylıq hesabatların hazırlanması
Sosial media reklamlarının (Meta Ads, LinkedIn Ads və s.) hazırlanması və nəticələrin izlənməsi
Tələblər:
Sosial media meneceri və ya oxşar sahədə minimum 3 il iş təcrübəsi
Kreativ düşüncə və məzmun yaradılması bacarığı
Qısa video kontentlərin (Reels və s.) planlaşdırılması və yaradılmasına maraq və təcrübə
Azərbaycan dilində səlis yazı və nitq bacarığı, ingilis dili biliyi arzuolunandır
Komanda ilə işləmək və vaxtında nəticə təqdim etmək bacarığı
Yalniz xanım namizədlər müraciət etsinlər
İş şəraiti:
Əmək haqqı namizədin təcrübəsindən, bacarığından asılı olaraq dəyişə bilər.
İş qrafiki: Həftə içi 5 gün, 10:00 – 17:00
İş yeri: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 245, KOVAA Plaza