İş Təsviri
VMF NATURAL FREQUENCIES
SMM (Social Media Marketing) Mütəxəssisi
İş şəraiti
İş yeri: Qobu qəsəbəsi
Servis xidməti: İnşaatçılar metrosundan gündəlik
İş qrafiki: 6 iş günü (Bazar ertəsi – Şənbə)
İş saatı: 09:00 – 17:00
Əmək haqqı: 600-700 Azn
Vəzifənin məqsədi:
Şirkətin sosial media platformalarında brendin tanıtımını, məhsul və xidmətlərin təqdimatını təmin etmək, izləyici kütləsini artırmaq və müştəri ilə rəqəmsal ünsiyyəti gücləndirmək.
Əsas vəzifələr:
Şirkətin sosial media kanallarının (Instagram, Facebook, TikTok, YouTube, LinkedIn və s.) idarə olunması
Həftəlik və aylıq kontent planlarının hazırlanması və rəhbərliklə razılaşdırılması
Postlar, story, reels və reklam məzmunlarının yaradılması (mətn, vizual və video formatda)
Auditoriya hədəflənməsi və reklam büdcəsinin düzgün istifadəsi
Sosial media üzərindən gələn sorğulara, şərhlərə və mesajlara operativ və nəzakətli cavab verilməsi
Kampaniyalar, endirimlər, yeniliklər və məhsul təqdimatlarının aktiv şəkildə izləyicilərə çatdırılması
Brend imicinə uyğun, orijinal və kreativ məzmun ideyalarının hazırlanması
Sosial media performansının gündəlik və aylıq izlənməsi, analitik hesabatların hazırlanması
Sosial media trendlərinin və rəqib şirkətlərin fəaliyyətinin müntəzəm analizi
SMM reklam kampaniyalarının qurulması və effektiv idarə olunması:
Facebook Ads Manager
Instagram sponsorlu paylaşımlar
Google Ads (Search və Display)
Tələb olunan texniki bacarıqlar və proqram bilikləri:
Canva / Adobe Photoshop / Illustrator – dizayn və vizual kontent hazırlamaq üçün
CapCut / VN / Adobe Premiere / InShot – sadə video montaj və reels hazırlamaq üçün
Meta Business Suite / Facebook Ads Manager / Creator Studio – paylaşımların və reklamlara nəzarət üçün
Google Ads (Search və Display) – kampaniyaların yaradılması üçün
Excel / Google Sheets – kontent planlama və analitik hesabatlar üçün
Telegram, WhatsApp Business, Chatdesk – istifadəçi cavablandırmaları üçün (arzuolunandır)
Namizədə tələblər:
Ali təhsil və ya rəqəmsal marketinq sahəsi üzrə peşəkar kurs bitirmə sertifikatı (obligator deyil, amma üstünlükdür)
SMM və ya Digital Marketing sahəsində minimum 1 il iş təcrübəsi
Azərbaycan dilində səlis və yazılı ifadə bacarığı, rus və ingilis dili bilikləri üstünlükdür
Yaradıcı düşüncə, estetik zövq və orijinal kontent ideyaları hazırlamaq qabiliyyəti
Dəqiqlik, operativlik və məsuliyyət hissi
Komandada işləmə və təzyiq altında qərarvermə bacarığı
Nəticəyönümlü və müştəriyönümlü düşüncə
Üstünlüklər:
Təchizat və satış komandaları ilə sıx işləmə təcrübəsi
Influencer və bloggerlərlə əməkdaşlıq təşkil etmə bacarığı
Email marketinq (Mailchimp və s.) üzrə baza bilikləri
Brend strategiyası və rəqəmsal PR anlayışı
Müraciət üçün:
CV-lərinizi “SMM Mütəxəssisi” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin
Əlaqə nömrəsi: 050 257 80 36
“Hər zaman Sizi düşünərək.”