İş Təsviri
Azprotein Foods Group
“Az Protein Foods Group” MMC Sosis-kolbasa istehsal şöbəsinə Soba operatoru peşəsi üzrə vakansiya elan edir.
Namizədə Tələblər:
Yaş həddi: 25 – 40 yaş
Staj: 2 – 4 il
Müəssisə Buzovna qəsəbəsində yerləşdiyi üçün yaxın ərazidə qalan namizədlərə üstünlük veriləcəkdir.
Yaxın ərazidə yaşayan namizədlər müəssisəyə yaxınlaşıb CV formasını müəssisədə doldura bilərlər.
Vəzifə öhdəlikləri:
termiki aqreqatlarda, bişirmə qazanlarında, avtomatik hisə vermə qurğularında, qovurma, buxarda bişirmə, hisə vermə və qurutma kameralarında kolbasa məmulatlarının qovrulması, bişirilməsi, hisə verilməsi, qızardılması və qurudulması proseslərini həyata keçirmək.
hisə vermə kameralarında ətin hisə verilməsi prossesini həyata keçirmək.
xammalın yüklənməsi və hazır məhsulun kameradan çıxarılması və soyudulması üçün göndərilməsi.
temperatur rejimini tənzimləmək, texnoloji prosesin davam etdiyi müddətə nəzarət etmək və məhsulun hazır olub-olmadığını orqanoleptik olaraq və cihazların köməyi ilə müəyyən etmək.
termiki kamerada və termiki aqreqatlarda əla növ kolbasa məmulatlarının termiki emalı texnoloji prosesinin həyata keçirilməsi.
avtomatika və nəzarət-ölçü cihazlarının köməyi ilə, verilmiş proqram üzrə texnoloji rejimlərin yerinə yetirilməsini təmin etmək, proqrama uyğun olaraq temperatur-rütubət rejimlərinə nəzarət etmək və qoruyub saxlamaq.
məmulatın keyfiyyət göstəricilərinə, onun normativ-texniki sənədlərə uyğun olmasına nəzarət etmək.
nəzarət-ölçü cihazlarına, tüstü generatorlarına xidmət göstərmək, onları vaxtaşırı olaraq təmizləmək.
termiki kameralarda və termiki aqreqatlarda sanitar-gigiyenik rejimə riayət etmək.
İş şəraiti
Əmək haqqı: 700 manat
İş qrafiki: 6 günlük.
Nahar və servis (Koroğlu metrosundan) şirkət tərəfindən təmin olunur.
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.