Sosial Media Marketinq (SMM) mütəxəssisi

İyun 20, 2025
AZN600 - AZN800
Müraciət sonu: İyul 19, 2025
İndi Müraciət Et

İş Təsviri

ASADZADE SANAN LLC

Əsas Vəzifələr:

Sosial şəbəkələrdə paylaşımların edilməsi reklam kampaniyalarının planlaşdırılması, həyata keçirilməsi və optimizasiyası (Instagram, Facebook, LinkedIn, Telegram, TikTok və s.).
Hədəf auditoriyasının müəyyənləşdirilməsi və analitik alətlərdən istifadə edərək reklam kampaniyalarının effektivliyini izləmək.
Məzmun yaratmaq (yazılı və vizual), müxtəlif sosial media platformalarında müştərilərin maraqlarına uyğun kreativ məzmun hazırlamaq.
Sosial şəbəkə analitikası və A/B testləri aparmaq, kampaniyaların performansını təhlil edərək strateji düzəlişlər etmək.
Müxtəlif kampaniyalar üçün reklam mətnləri yazmaq və uyğun vizuallar hazırlamaq.
Şərhləri idarə etmək.
Tələb Olunan Bacarıqlar:

Sosial Media Meneceri kimi ən azı 2-3 il iş təcrübəsi.
Sosial media platformalarında reklamların qurulması və idarə edilməsi təcrübəsi (Facebook Ads, Instagram Ads, LinkedIn Ads və s.).
Google Analytics, Facebook Ads Manager və digər analitik alətlərdən istifadə etmə bacarığı.
Kreativ düşüncə və yüksək vizual hazırlıq (reklam şəkilləri və videolarının yaradılması bacarığı).
SEO və SEM bilikləri (əlavə olaraq, faydalıdır).
Yaxşı vaxt idarəetməsi bacarığı və çoxsaylı tapşırıqları paralel idarə etmək bacarığı.
Arzu Edilən Bacarıqlar:

Ingilis və Rus dili biliyi.
Instagram, Telegram və Twitter kimi platformalarda yüksək performanslı məzmun və kampaniya hazırlamaq təcrübəsi.
Sosial media trendlərini izləmək və yeni alətlərdən yararlanmaq.
Təhsil və Sertifikatlar:

Marketinq və ya əlaqəli sahə üzrə ali təhsil.
Google Ads, Facebook Blueprint kimi sertifikatlar (əlavə üstünlükdür).
Əlavə məlumatlar:

Gənc və pozitiv komandada işləmək imkanı
Həftədə 6 iş günü, saat 09:00-18:00
Əmək haqqı: 600-800 AZN (bilik və bacarıqlardan asılı olaraq)
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.