İş Təsviri
FLY INN BAKU
İş yeri: “Hotels Group” MMC, “FLY INN Baku” mehmanxanası; H. Əliyev Aeroportu
Vəzifə öhdəlikləri:
SPA mərkəzinin gündəlik fəaliyyətini təşkil etmək və nəzarətdə saxlamaq;
SPA Əməliyyatları və büdcələrinin idarə olunmasına dəstək vermək;
Əməkdaşların iş qrafikini tərtib etmək və nizam-intizamı təmin etmək.
Bütün işçilərin lazımi təchizat, avadanlıq və geyim formasına malik olmasını təmin etmək;
Stokların idarə olunması (kosmetoloji məhsullar, SPA avadanlıqları və s.);
SPA və əlaqədar ərazilərin və avadanlıqların təmizliyini təmin etmək;
Məhsulun keyfiyyəti və xidmət səviyyələri barədə əks əlaqəni əldə etmək üçün qonaqlarla qarşılıqlı əlaqələr qurmaq;
Obyektin siyasətlərinin ədalətli və ardıcıl şəkildə idarə olunmasını, intizam prosedurları və sənədləşmənin Standart Əməliyyat Prosedurlarına (SOP) uyğun olaraq tamamlanmasını təmin etmək.
Gündəlik maliyyə əməliyyatlarına nəzarət (kassa əməliyyatları, ödənişlərin qəbulu və s.).
Gəlir və xərclərin izlənilməsi, aylıq hesabatların hazırlanması.
Namizədə tələblər:
Tibb sahəsi üzrə təhsil;
Azərbaycan dili və Rus dili mütləqdir (İngilis dili arzuolunandır);
Müvafiq vəzifə üzrə azı 2 il iş təcrübəsi;
Yaş həddi: 30-50
Microsoft Word, Excel, Outlook proqramlarında işləmək;.
Resursları və işçiləri yönləndirmə, planlaşdırma və problemləri həll etmək;
Dəqiq və analitik düşünmə tərzi;
Tələbetmə və yönləndirmə bacarığı;
İş şərtləri:
Azərbaycan Respublikası əmək məcəlləsinə əsasən sənədləşmə
Korporativ nömrə
İş rejimi: 5 günlük
İş vaxtı: 09:00-18:00
Nahar və servis şirkət tərəfindən qarşılanır
Əmək haqqı müsahibə zamanı bildiriləcək
Tələblərə uyğun nazmidlər öz CV-lərini mövzu hissəsində “SPA Administratoru” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.