İş Təsviri
Holiday Inn Baku
Şöbə: SPA və sağlamlıq mərkəzi
Əsas öhdəliklər:
Masaj otağına qonaqları qəbul edir, onlar barəsində səhhətləri ilə bağlı zəruri məlumatları öyrənir;
Masajın tipini və növünü müəyyən edir;
Qonaqlardan öyrəndiyi məlumatların konfidensiallığını təmin edir;
Masaj otağında zəruri təmizlik və səliqəni təmin edir;
Masaj sahəsində yerli və xarici təcrübəni öyrənir və tətbiq edir, həmçinin öz ixtisasını sistematik olaraq artırır;
Tələblər:
Azərbaycan və rus dili mükəmməl səviyyədə
Səlis danışıq qabiliyyəti
Ən azı 1 il iş təcrübəsi (4 və 5 ulduzlu otellərdə iş təcrübəsinə üstünlük verilir);
Enerjili,punktual,məsuliyyətli,kreativ, ünsiyyətcil və işinə qarşı həvəsli
Mehriban və kollektiv ilə birgə işləmə bacarığının olması
Vəzifə öhdəliklərinin tam və vaxtında icra etmə bacarığının olması
İş haqqında məlumat:
Azərbaycan Respublikası Əmək Məcəlləsi-nə uyğun işə qəbul;
5 günlük iş həftəsi, həftə içi 2 istirahət günü. İş cədvəli dəyişkən qrafik əsasında
Nahar şirkət tərəfindən təmin edilir;