Strateji inkişaf departamentinin Data analitika şöbəsinə böyük məsləhətçi

Müraciət sonu: İyul 15, 2025
İndi Müraciət Et

İş Təsviri

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Strateji inkişaf departamentinin Data analitika şöbəsinə böyük məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir.

İş yeri: Bakı şəhəri, N.Nərimanov 206A, “Capital Towers” Biznes Mərkəzi

Əməkhaqqı: Rəqabətədavamlı əməkhaqqı

Tələb olunan bilik, təcrübə və bacarıqlar:

Ali təhsil (texniki ixtisaslar üzrə)
Sahə üzrə 3 il iş təcrübəsi
MS Office proqramlarında sərbəst işləmək bacarığı
SQL, Python, R üzrə biliklərin olması arzuolunandır
Dil bilikləri: İngilis dili – yaxşı səviyyədə
Bacarıqlara dair tələblər:

Analitik düşünmə qabiliyyəti
Problemi təhlil etmə bacarığı
Komandada işləmə bacarığı
Nəticəyönümlülük
Ünsiyyət qabiliyyəti
Stressə davamlılıq
Təqdimat bacarığı
Məsuliyyətlilik
Dəqiqlik İntizamlılıq.
​​​​​​​İşin təsviri

Böyük həcmli məlumatların təmizlənməsi, vizuallaşdırılması və təhlili ilə bağlı bütün mərhələlərin idarə edilməsi;
Statistik və analitik hesabatların hazırlanması;
Hazırlanmış hesabatların dəyərləndirilməsi və inkişafı istiqamətində təkliflərin verilməsi;
Yeni fərziyyələrin formalaşdırılması və riyazi üsullar ilə onların yoxlanması;
Qurumun müxtəlif biznes funksiyaları ilə tələblərə uyğun sıx əməkdaşlıq edilməsi;
Toplanan məlumatların keyfiyyətinin artırılması istiqamətində təkliflərin verilməsi;
Səlahiyyətləri çərçivəsində vətəndaşlardan, hüquqi şəxslərdən, idarə və təşkilatlardan daxil olan müraciətlərin araşdırılması və aidiyyəti üzrə cavablandırılması;
Texniki və funksional arayışların hazırlanması;
Hazırlanan hesabatların və təhlillərin təqdimatının edilməsi.
Əlavə qeydlər:

İş qrafiki: Bazar ertəsi – Cümə, 5 günlük iş həftəsi
İş vaxtı: 09:00 – 18:00
Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:

CV Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməlidir
Mövzu sətrində “Data analitika şöbəsi – böyük məsləhətçi” qeyd olunmalıdır
Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.