İş Təsviri
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi
İş yeri:
Bakı şəhəri, N.Nərimanov 206A, “Capital Towers” Biznes Mərkəzi
Əmək haqqı:
Rəqabətədavamlı əmək haqqı
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
Ali tibbi və ya sosial-iqtisadi təhsil
Sahə üzrə minimum 1 il iş təcrübəsi
Dil bilikləri: İngilis dili – yaxşı səviyyədə
Kompüter bilikləri: Microsoft Office – sərbəst işləmək bacarığı
Bacarıqlara dair tələblər:
Komandada işləmə bacarığı
Məsuliyyətlilik
İntizamlılıq
Dəqiqlik
Analitik düşüncə
Yüksək yazılı və şifahi kommunikasiya bacarıqları
Nəticəyönümlülük
İşin təsviri:
Şöbənin fəaliyyət istiqamətinə uyğun olan sorğuların araşdırılması və cavablandırılması;
Prosesdəki tendensiyaları və nümunələri müəyyən etmək üçün məlumatların toplanması;
Proseslərin modelləşdirilməsi və sənədləşdirmə vasitələrinin öyrənilməsi və tətbiq edilməsi;
TƏBİB və tabeli müəssisələrin proseslərinin təhlili və təkmilləşdirilməsinə dair təkliflərin hazırlanmasında iştirak edilməsi;
TƏBİB aparatının fəaliyyətlərin təşkilinin mütəmadi olaraq dəyərləndirilməsi və yeni təkliflərin verilməsi;
Daxili normativ sənəd layihələrinin hazırlanmasında və təhlil edilməsində iştirak edilməsi;
Tibb müəssisələrinin fəaliyyəti üzrə beynəlxalq təcrübənin araşdırılması;
Şöbənin ümumi fəaliyyətində gördüyü işlər barədə dövrü hesabatların hazırlanması.
Əlavə qeydlər:
İş qrafiki: Bazar ertəsi – Cümə, 5 günlük iş həftəsi
İş vaxtı: 09:00 – 18:00
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:
CV-lər Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməlidir. Mövzu sətrində “Proseslərin optimallaşdırılması şöbəsi – Məsləhətçi” qeyd olunmalıdır.
Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.