Strateji inkişaf departamentinin Proseslərin optimallaşdırılması şöbəsinə Aparıcı məsləhətçi

Müraciət sonu: Avqust 6, 2025
İndi Müraciət Et

İş Təsviri

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi

İş yeri:

Bakı şəhəri, N.Nərimanov 206A, “Capital Towers” Biznes Mərkəzi
Əmək haqqı:

Rəqabətədavamlı əmək haqqı
Tələb olunan bilik, təcrübə və bacarıqlar:

Ali tibbi və ya sosial-iqtisadi təhsil
Sahə üzrə minimum 2 il iş təcrübəsi
Dil bilikləri: İngilis dili – yaxşı səviyyədə
Kompüter bilikləri: Microsoft Office – sərbəst işləmək bacarığı
Bacarıqlara dair tələblər:

Komandada işləmə bacarığı
Məsuliyyətlilik
İntizamlılıq
Dəqiqlik
Analitik düşüncə
Yüksək yazılı və şifahi kommunikasiya bacarıqları
Nəticəyönümlülük
İşin təsviri:

Mövcud iş proseslərindəki risklərin, imkanların və təkmilləşdirilməsi zəruri olan sahələrin müəyyən edilməsi;
TƏBİB və tabeli müəssisələrin proseslərinin təhlili və təkmilləşdirilməsinə dair təkliflərin hazırlanmasında iştirak edilməsi;
Yeni proseslər və dəyişikliklərlə bağlı prosedurların hazırlanması və sınaq mərhələsində dəstək göstərilməsi;
Daxili normativ sənəd layihələrinin hazırlanmasında və təhlil edilməsində iştirak edilməsi;
Tibb müəssisələrinin fəaliyyəti üzrə beynəlxalq təcrübənin araşdırılması;
Şöbənin ümumi fəaliyyətində gördüyü işlər barədə dövrü hesabatların hazırlanması.
Əlavə qeydlər:

İş qrafiki: Bazar ertəsi – Cümə, 5 günlük iş həftəsi
İş vaxtı: 09:00 – 18:00
Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:

CV-lər Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməlidir. Mövzu sətrində “Proseslərin optimallaşdırılması şöbəsi – Aparıcı məsləhətçi” qeyd olunmalıdır.
Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.