Strateji Sektorlar üzrə İnnovasiya Şöbəsinin Müdiri

Müraciət sonu: İyul 18, 2025
İndi Müraciət Et

İş Təsviri

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

İnnovasiya Strategiyası və Sektorlar üzrə Koordinasiya:

Strateji Korporativ İnnovasiya siyasətlərinin hazırlanması və tətbiqi
Nəqliyyat, kənd təsərrüfatı, enerji, sənaye, texnologiyalar və digər əsas sahələrdə texnoloji və innovativ yanaşmaların təşviqi
Dövlət-özəl tərəfdaşlığı (DÖSƏ) əsasında birgə layihələrin həyata keçirilməsi və koordinasiyası
Prioritet texnologiyaların və trendlərin müəyyən edilməsi, texnoloji yol xəritələrinin hazırlanması
Normativ-hüquqi təşəbbüslər və innovasiya üçün maliyyələşmə mexanizmlərinin təşkili
İxtisaslaşmış texnoparklar, klasterlər və innovasiya mərkəzləri ilə koordinasiya və məhsul kommersiyalaşdırılması fəaliyyətləri üzrə təşviq edici layihələr
Qlobal və yerli partnyorlarla əlaqələrin yaradılması, innovasiya diplomatiyasının təşviqi.
Əsas vəzifələr:

Şöbənin fəaliyyətini əsasnaməyə uyğun təşkil etmək və daimi nəzarətdə saxlamaq
Şöbənin ümumi fəaliyyətinin strateji planlaşdırılması və idarə edilməsi
Alt-sektorlar üzrə iş bölgüsünün və hədəf nəticələrinin müəyyənləşdirilməsi
Şöbə əməkdaşlarının fəaliyyətlərinin koordinasiyası, performanslarının izlənməsi və inkişaf etdirilməsi
Layihələrin vaxtında, keyfiyyətli və məqsədyönlü şəkildə həyata keçirilməsini təmin etmək
Hesabatlılıq sisteminin qurulması və rəhbərliyə innovasiya fəaliyyəti ilə bağlı analitik hesabatların təqdim olunması
Strateji sektorlarla bağlı innovasiya siyasətinin həyata keçirilməsinə dair təhlilin aparılması, icrasına nəzarət olunması və qabaqlayıcı tədbirlərin hazırlanması
Strateji sektorlar üzrə dövlət və özəl qurumlarda innovativ mədəniyyətin formalaşdırılmasına yönəlmiş tədbirlərin təşkili
Yerli və beynəlxalq maraqlı tərəflərlə əlaqələrin gücləndirilməsi və innovativ əməkdaşlıq imkanlarının təşviqi.
Komanda idarəetmə bacarıqları:

Komandanın məqsəd və vəzifələrə uyğun şəkildə təşkili və motivasiyası
Əməkdaşlar arasında effektiv kommunikasiya mühitinin qurulması
Fərqli peşə və ixtisas sahiblərindən ibarət komandaları idarə etmək və birgə nəticəyə yönəltmək bacarığı
Dəyişən prioritetlərə çevik uyğunlaşma və operativ qərarvermə qabiliyyəti
İxtilafların idarə olunması və əməkdaşlar arasında ahəngdar iş mühitinin qorunması
Performansa əsaslanan idarəetmə yanaşması və inkişaf planlarının qurulması
Komanda üzvlərinə dəstək verərək onların potensialını maksimuma çatdırmaq bacarığı
Liderlik və mentorluq keyfiyyətləri ilə şöbə daxilində davamlı öyrənmə və inkişaf mühitinin təşviqi.
Ümumi tələblər:

İqtisadiyyat, innovasiya idarəçiliyi, biznesin idarə olunması, və ya əlaqədar sahə üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi üstünlükdür)
Strateji innovasiya fəaliyyətlərinin, xüsusilə innovasiya proqramlarının və layihələrin idarə olunması sahəsində sübut olunmuş minimum 1 illik təcrübə, ümumilikdə ən azı 3 il rəhbər (taktiki və ya strateji) vəzifədə iş stajı (bəhs edilən sahədə olmaya bilər)
Müxtəlif maraqlı tərəflərlə effektiv kommunikasiya və koordinasiya bacarıqları, o cümlədən dövlət qurumları və özəl sektorla işləmə təcrübəsi
Komanda rəhbərliyi, performansın idarə olunması və fasilitasiya üzrə peşəkarlıq
Yüksək səviyyədə ünsiyyət, təqdimat və qərarvermə bacarıqları
Strateji düşüncə və problemləri analitik şəkildə həll etmə qabiliyyəti
Innovasiyaların İdarə Edilməsi üzrə beynəlxalq sertifikatlar üstünlük hesab olunur
Təzyiq altında işləmək və eyni vaxtda bir neçə layihəni paralel şəkildə effektiv idarə etmək bacarığı
Detallara diqqət yetirməklə yanaşı böyük mənzərəni (strateji hədəfləri) görmək bacarığı
İngilis və Azərbaycan dillərində yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı
Kompüter biliyi: Microsoft Office proqramları (Outlook, Teams, PPT, Excel və s.).
Vakansiya haqqında

Vakansiya növü – Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.