İş Təsviri
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Təsvir
Agentliyin innovasiya layihələri, ekosistem təşəbbüsləri və beynəlxalq əməkdaşlıqları üzrə təqdimat və hesabatların məzmun və vizual baxımdan hazırlanması;
Strateji təqdimatların strukturlaşdırılması və məntiqi ardıcıllıqla qurulmasına rəhbərlik etmək;
Məlumatların aydın və vizual cəhətdən cəlbedici şəkildə ifadə olunmasını təmin etmək;
Müxtəlif auditoriyalar üçün uyğun vizual formatlarda materiallar hazırlamaq bacarığına malik olmaq;
Tələblər
Məzmun strukturu və strateji təqdimat hazırlanmasında təcrübə;
PowerPoint və digər təqdimat alətlərində peşəkar səviyyədə işləmə bacarığı;
Analitik təfəkkür, strateji düşüncə və yazılı təqdimat bacarığı;
Dövlət və ya beynəlxalq qurumlarla işləmə təcrübəsi üstünlükdür;
Yüksək səviyyədə Azərbaycan dili (İngilis dili arzuolunandır);
Strateji düşüncə bacarığı;
McKinsey / BCG / public policy təcrübəsi olanlar;
Vizual və struktur baxımından yüksək zövq və dəqiqlik;
Komanda ilə işləmə və təzyiq altında işləmək bacarığı.
Vakansiya haqqında
Vakansiya növü – Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.