İş Təsviri
Honours Academy
Vəzifə haqqında:
“Honours Academy” komandası tələbələrin gündəlik təlim təcrübəsini daha rahat və effektiv etmək məqsədilə “Student Success Coordinator” axtarır. Bu vəzifə tələbələrlə ilkin əlaqənin qurulması, onların operativ şəkildə məlumatlandırılması, təlim prosesində qarşılaşdıqları çətinliklərə həssas yanaşılması və ümumi tələbə məmnuniyyətinin təmin olunmasında mühüm rol oynayır.
Əsas vəzifə öhdəlikləri:
Yeni və mövcud tələbələrlə ilkin əlaqə qurmaq, onları təlimlər, qaydalar və prosedurlar barədə məlumatlandırmaq
Tələbələrin müraciətlərini cavablandırmaq və ehtiyac olduqda müvafiq komanda üzvlərinə yönləndirmək
Təlim zamanı qarşılaşılan çətinlikləri izləmək və aidiyyəti komandaya və ya heyət üzvünə ötürmək
Tədris cədvəlləri, təlimçi dəyişiklikləri və digər yeniliklər barədə tələbələri məlumatlandırmaq
Təlimlərlə bağlı rəy və problemləri toplamaq, ümumiləşdirərək təkmilləşdirmə üçün təqdim etmək
Təlim materiallarının tələbələrə vaxtında çatdırılmasını təmin etmək
Texniki və təşkilati problemlərə çevik reaksiya vermək, operativ əlaqələndirmə aparmaq
Təlimlər, sorğular və qiymətləndirmələrlə bağlı sadə formatlı hesabatların hazırlanmasına dəstək vermək
Tələbələr üçün motivasiyaedici tədbirlər (oyunlar, sosial görüşlər və s.) planlamaq və icra etmək
Tələbələrə dair məlumatların arxivləşdirilməsi və məxfiliyinin qorunması
Tələblər:
Yüksək təşkilatçılıq və kommunikasiya bacarıqları
Məsuliyyətli və tələbəyönümlü yanaşma
Çevik düşüncə və operativ qərarvermə bacarığı
“Google Workspace” (“Docs”, “Sheets”, “Forms” və s.) ilə işləmək bacarığı
Təlim, tədbir və sistem idarəçiliyində baza bacarıqlarına malik olmaq
Təklif etdiyimiz imkanlar:
Peşəkar və dəstəkləyici komanda mühiti
Müxtəlif və dinamik iş prosesi
Rəqabətli əməkhaqqı (müsahibə zamanı müəyyən olunacaq)
Performansa əsaslanan bonus sistemi
Peşəkar inkişaf və yüksəliş imkanları
İstirahət günü:
İstirahət günləri həftəiçi təyin edilir.
Müraciət qaydası:
CV-nizi və qısa motivasiya məktubunuzu Müraciət Et üyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik. Mövzu hissəsində “Student Success Coordinator” qeyd edin. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.