İş Təsviri
QA/QC mühəndisi (Mexaniki işlər)
İş yeri: Bakı, Azərbaycan
Layihə növü: Tikinti layihələri
İş rejimi: Tam ştat (Project-based)
İş qrafiki: Həftədə 6 iş gün
STV Engineering Bakı şəhərində həyata keçirilən tikinti layihələri çərçivəsində Mexaniki işlər üzrə QA/QC mühəndisi vəzifəsinə təcrübəli və sənədləşmədə güclü peşəkar axtarır. Namizəd HVAC, santexnika, yanğından mühafizə sistemləri və digər mexaniki işlərin layihəyə, spesifikasiyalara və beynəlxalq keyfiyyət standartlarına uyğun icrasına nəzarət etməlidir.
Əsas vəzifələr:
HVAC, santexnika, drenaj və yanğın söndürmə sistemləri üzrə sahədə texniki və keyfiyyətə nəzarətin həyata keçirilməsi
ITP-lər, metod bəyanatları, yoxlama siyahıları, NCR-lər, MIR-lər və digər QA/QC sənədlərinin hazırlanması
Quraşdırılmış sistemlərin layihə və texniki spesifikasiyalara uyğunluğunun yoxlanılması
Materialların və avadanlıqların texniki tələblərə uyğunluğunun yoxlanması və qəbul aktlarının hazırlanması
Funksional testlər, sınaq və təhvil proseslərinə texniki nəzarət
Subpodratçılar və layihə komandası ilə koordinasiyalı iş
As-built sənədlərin hazırlanması və yoxlanması
Daxili və xarici auditlərdə iştirak və keyfiyyət hesabatlarının təqdim edilməsi
Tələblər:
Mexanika mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil
Tikinti sahəsində mexaniki sistemlər üzrə minimum 5 il QA/QC təcrübəsi
HVAC, santexnika və yanğın söndürmə sistemləri üzrə texniki biliklər
Beynəlxalq və yerli standartlar (ASHRAE, NFPA, EN, SNIP və s.) üzrə məlumatlılıq
AutoCAD, MS Office və texniki sənədlərlə işləmə bacarığı
Keyfiyyət sənədlərinin idarə edilməsi və texniki nəzarət üzrə təcrübə
Sahədə problemlərin müəyyən edilməsi və həll yollarının təklif olunması
Dəqiq, məsuliyyətli və analitik düşüncəyə malik olmaq
Müraciət qaydası:
Maraqlanan namizədlər öz yenilənmiş CV-lərini və əlaqəli sənədlərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
E-mail mövzu hissəsində “QA/QC mühəndisi (Mexaniki işlər) – [Sizin Adınız]” qeyd olunmalıdır