Su, kanalizasiya və qaz üzrə layihəçi-mühəndis

İyul 2, 2025
Müraciət sonu: Avqust 1, 2025
İndi Müraciət Et

İş Təsviri

Sea Breeze Resort & Residences

Əsas vəzifə öhdəlikləri:

Su təchizatı, tullantı sularının axıdılması (kanalizasiya) və qaz təchizatı sistemlərinin layihələndirilməsi;
Mülki və sənaye obyektləri üçün daxili və xarici şəbəkələrin layihələrinin hazırlanması;
Hidravlik və qaz dinamikası hesablamalarının aparılması;
Dövlət normativlərinə uyğun (DBN, SNiP, SP və s.) texniki sənədlərin və layihə həllərinin hazırlanması;
Layihələrin müvafiq dövlət qurumları ilə razılaşdırılması və ekspertizaya təqdim olunması;
Layihə mərhələsində sahə baxışlarında və müəllif nəzarətində iştirak.
Tələblər:

Mühəndislik ixtisası üzrə ali təhsil (Su təchizatı və kanalizasiya, Qaz təchizatı və s.);
Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi;
AutoCAD, Civil 3D, WaterCAD, GasCAD və digər müvafiq proqramlarla işləmə bacarığı;
Hidravlik və termodinamik hesablamalar üzrə biliklər;
Texniki sənədlərin hazırlanması və layihə standartlarına uyğunluğun təmin edilməs
Avadanlıqlarının seçimi və spesifikasiyası
Layihə oxuma və spesifikasiya hazırlamaq bacarığı;
Layihə smeta sənədlərin hazırlanmasında iştirak
Normativ sənədlərlə (tikinti qaydaları, texniki şərtlər və s.) işləmə bacarığı;
Komandada işləmək və texniki təqdimatlar aparmaq bacarığı.
Üstünlük sayılacaq:

Tikinti sahəsində layihələrin ekspertizasından keçmiş olması;
3D modelləşdirmə üzrə biliklər;
İngilis və ya rus dilini texniki səviyyədə bilmək.
Təminatlar:

Əmək haqqı namizədin bilik və bacarığına əsasən təyin olunacaq;
İş qrafiki: 5/2, 09:00-18:00;
İş yerinə Koroğlu metrostansiyasından nəqliyyat vasitəsi ilə çatdırılma;
Nahar ilə təmin edilmə;
Endirimli tibb xidməti.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.