İş Təsviri
Bashak Supply
Namizəddə tələblər:
30-40 yaş aralığında olan kişi namizədlər;
Müvafiq sahədə azı 5 il təcrübə;
Məsuliyyətli, intizamlı, gərgin iş şəraitində işləmək bacarığı;
Səliqəli görünüş, düzgün danışıq qabiliyyəti;
Vəzifə öhdəlikləri:
Sifariş olunan malları qaimə-faktura əsasında anbardan təhvil alıb, sifarişi qeyd olunan ünvanda yerləşən ticarət nöqtələrinə vaxtında çatdırmaq;
Avtomobili texniki saz vəziyyətdə saxlamaq, vaxtında servis mərkəzində texnoloji təchizatını təmin etmək və texniki baxışdan keçirmək;
Məhsulların təyinat yerinə rahat və təhlükəsiz çatdırılmasını təmin etmək;
Şirkət tərəfindən təhkim olunmuş avtomobili təmiz və səliqəli saxlanılmasına nəzarət etmək;
Yol hərəkəti qaydalarına riayət etmək;
Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsi;
İş şəraiti:
Əmək haqqı: 700 AZN;
İş vaxtı: Həftə içi 5 gün 09:00–dan 18:00 dək; şənbə yarı iş rejimi,
Nahar şirkət tərəfindən qarşılanır;
Korporativ nömrə,korporativ paket;
Ünvan: Dərnəgül şossesi, Ziya Bünyadov pr 3105.