İş Təsviri
Fortune Trade MMC
Namizədə tələblər
BC kateqoriyalı
Səlis azərbaycan dil bilikləri
yol hərəkəti və avtomobillərin texniki istismarı qaydalarını bilmək;
avtomobilin istismarı prosesində baş vermiş nasazlıqların aşkarlanması və aradan qaldırılması üsullarını bilmək;
yeni və təmirdən sonra avtomobillərin sürülüb yoxlanılması qaydalarını bilmək;
avtomobilin sürülməsinin təhlükəsizliyinə təsir edən hava şəraitlərini bilmək;
yol-nəqliyyat hadisələrinin qarşısının alınması üsullarını bilmək;
İş barədə məlumat
Şirkətin təqdim etdiyi avtonəqliyyat vasitəsini qəzasız, səmərəli və düzgün texniki istismarını həyata keçirmək
Avtomobil yağları, filter və akkumlyatorların müştərilərə təhvil verilməsi
Bakı və Bakı ətrafında malları müştərilərə çatdırılması
Avtonəqliyyat vasitəsinin gündəlik işə hazırlanmasını, onun ayrı-ayrı hissə və qovşaqlarının baxışını həyata keçirmək; nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirmək, aşkar olunmuş nasazlıqları vaxtında bilavasitə aradan qaldırmaq və ya aradan qaldırılmasını təmin etmək
İstifadə etdiyi avtonəqliyyat vasitəsinin təmiri üzrə işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə bilavasitə nəzarət etmək.
İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət etmək..
İstifadə etdiyi avtonəqliyyat vasitəsinin iş rejimini və xüsusi iş şərtlərini bilmək, onun bu rejim üzrə istismarına və texniki xidmətlərinə daim hazır olmaq.
Tələblər
Yaş: 25-40
İş şəraiti
Həftədə 5 tam iş günü, şənbə günü yarım gün
Əmək haqqı 600-700 AZN