İş Təsviri
Foton
Vəzifə öhdəlikləri:
Təhkim edildiyi layihədəki əməkdaşların ərazi daxilində daşınmasını təmin etmək;
Şirkət əməkdaşlarını təyinat yerinə rahat və təhlükəsiz çatdırılmasını təmin etmək;
Şirkət tərəfindən təhkim olunmuş avtomobilin təmiz və səliqəli saxlanılmasına nəzarət etmək;
İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə riayət etmək;
Sürücülük ilə heç bir əlaqəsi olmayan məsələ və ya məlumatlar ilə bağlı məxfiliyin qorunub saxlanmasını təmin etmək.
Namizədə aid tələblər:
Yol hərəkəti qaydaları biliyi – yüksək səviyyədə
Sürücü kimi əvvəlki iş yerlərində minimum 3 il təcrübəyə malik olmaq
Dəyişkən iş mühitində təzyiq altında çalışmaq və hər zaman səbr və təmkinliyini qoruyub saxlamaq
İş şəraiti:
İş rejimi: 5 günlük
İş yeri: Şamaxı şəhəri
Yaşayış yeri Şamaxı şəhəri olan namizədlər müraciət edə bilər.
İşçinin telefon danışığı şirkət tərəfindən təmin edilir.
Xahiş edirik CV-lərinizi mövzu bölməsində “Sürücü-Şamaxı” qeyd etməklə Müraciət Et düyməsində yerləşən e-mail ünvanına göndərəsiniz.