İş Təsviri
CASPİAN İNTERNATİONAL HOSPİTAL
İş şəraiti:
Əmək funksiyası: Tam ştat
İş rejimi: 15 gün iş yerində / 15 gün evdə (növbəli qrafik)
Ərazi: Qaradağ rayonu, sənaye sahəsi
Əmək haqqı: Müsahibə əsasında müəyyən olunur
Əsas vəzifə öhdəlikləri:
İşçilərin ilkin, dövri və məqsədli tibbi müayinələrinin təşkili və keçirilməsi;
Sənaye sahəsində baş verə biləcək peşə xəstəlikləri və iş yerində baş verən xəsarətlərin qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsi;
Təcili tibbi yardım göstərilməsi və zəruri hallarda xəstənin xəstəxanaya yönləndirilməsi;
Tibbi sənədlərin və hesabatların tərtib olunması;
İş mühiti və əmək şəraitinin monitorinqində iştirak.
Tələblər:
Ali tibbi təhsil (terapevt ixtisası üstünlükdür);
Sənaye təbabəti və ya peşə sağlamlığı sahəsində minimum 3 il iş təcrübəsi;
Səhra və ya istehsalat şəraitində növbəli rejimdə işləməyə hazır olmaq;
Yaxşı kommunikasiya bacarıqları, operativlik və məsuliyyətlilik;
Tibbi sənədləşmə və hesabatların düzgün aparılması bacarığı.
Üstünlük verilir:
Əlavə təlimlər və ya sertifikatlar (BLS, ACLS və s.).