Sənədlərlə iş şöbəsinin kiçik mütəxəssisi (1 illik sosial məzuniyyət yerinə)

Müraciət sonu: İyun 24, 2025
İndi Müraciət Et

İş Təsviri

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

Təklif etdiyimiz imkanlar:

Gənc və peşəkar kollektivdə çalışma şansı;
Yüksək komanda ruhu və zəngin təcrübə qazanmaq fürsəti;
Karyera inkişafı üçün yaradılan şərait;
Rəqabətədavamlı əmək haqqı;
İldə üç dəfə mükafatlandırma sistemi.
Tələb olunan səriştə və təcrübə:

Təhsil: Ali təhsil;
Təcrübə: 1 il vətəndaş müraciətləri və kargüzarlıq üzrə iş təcrübəsi üstünlükdür;
Texniki biliklər: Ofis proqramları üzrə biliklər;
Şəxsi bacarıqlar: Ünsiyyət və təqdimat bacarığı, problem həlletmə bacarığı və konfliktlərin idarəedilməsi, komandada işləmə bacarığı;
Dil bilikləri: İngilis dili və rus dili bilikləri üstünlükdür;
Vəzifə öhdəlikləri:

Agentliyə gələn qonaqların girişdə qarşılanması, onların qeydiyyatının aparılması, məlumatlandırılması və istiqamətləndirilməsi;
Poçt göndərişlərinin siyahısı üzrə poçt xidməti tərəfindən hər ayın sonunda təqdim edilmiş hesabatlarda, qaimələrdə əks olunan məlumatların düzgünlüyünün yoxlanılması;
Zərurət olduqda xidməti sənədlərin surətinin çoxaldılması və ya çıxarılması, aidiyyəti struktur bölmələrə paylanılması;
Sənədlərin göndərilməsi və göndəriş reyestrlərinin hazırlanması;
Əvvəlcədən məlumat vermədən Agentliyə gələn şəxslərin gəliş məqsədinin öyrənilməsi və bu barədə Agentliyin aidiyyəti əməkdaşına ətraflı məlumat verilməsi;
Agentliyə daxil olan telefon zənglərinə cavab verilməsi, öz səlahiyyətləri çərçivəsində sorğuların cavablandırılması və ya zəngləri aidiyyəti üzrə əməkdaşlara yönləndirilməsi;
Müraciət edən şəxslərin qəbula yazılması və vətəndaş qəbulunun təşkilində iştirak edilməsi;
Agentliyin daxili intizam və etik davranış qaydalarına riayət edilməsi.
İş şəraiti:

İş qrafiki: Həftə içi 5 günlük iş rejimi (Bazar ertəsi – Cümə);
İş saatı: Mövcud iş saatlarından birinin seçimi ilə;
İş yeri: Bakı şəhəri, Begoc Biznes Mərkəzi;
Seçim mərhələləri:

Müraciətlərin nəzərdən keçirilməsi
Müsahibə
Müraciət qaydası:

CV-lərinizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur;
Məktubun “mövzu” bölməsində müraciət etdiyiniz vəzifənin adı mütləq qeyd edilməlidir;
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.