Təhsil işləri üzrə direktor köməkçisi

İyul 4, 2025
Müraciət sonu: Avqust 3, 2025
İndi Müraciət Et

İş Təsviri

LANDAU Education Group

Təsvir

Şagird və valideynlərlə görüşmək və lazım olan məlumatları telefon vasitəsilə və ya şəxsən çatdırmaq;
Müəllimlərə və direktora inzibati dəstək vermək;
Görüşlərin vaxtını təyin etmək;
Məktəb təqvimini idarə etmək və yeniləmək;
Ofis iclaslarında iştirak etmək və qeydlər aparmaq;
Rəsmi məktub və sənədlər hazırlamaq;
Şagirdlərin/müəllimlərin davamiyyətini izləmək;
Müşahidələr aparmaq, hesabat və sənədlər hazırlamaq;
Tədris materialları, alət və ləvazimatlar kimi inventarizasiyanı təşkil etmək və onlara nəzarət etmək;
Məktəb təlimatlarına, prinsiplərinə, qaydalarına və normativ aktlara uyğunluğu təmin etmək;
Şagirdlərin dərsdəki nailiyyət və fəaliyyətini izləmək;
Şagirdlərin sənədlərini/məlumat bazasını qorumaq.
Tələblər

Ali təhsil;
Microsoft Office proqramları ilə işləmək bacarığı;
Yüksək səviyyədə azərbaycan dili, rus dili biliyi;
Şagird və valideynlərlə iş təcrübəsi üstünlükdür;
İngilis dili arzu olunandır;
Yaxşı ünsiyyət bacarığı;
Biz nə təklif edirik:

Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
İş saatları: 08:00-17:00 (həftədə 5 dəfə);
Peşəkar inkişaf imkanı.
Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.

Vakansiya haqqında

Vakansiya növü – Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.