Təchizat üzrə mütəxəssis

Müraciət sonu: İyul 11, 2025
İndi Müraciət Et

İş Təsviri

Veysəloğlu Şirkətlər Qrupu

Vəzifə öhdəlikləri:

Müəssisələr tərəfindən təchiz olunan mal və xidmətlərin keyfiyyətlərinin təhlili məqsədi ilə qurulmuş sistemin fəaliyyətini təmin etmək və onun düzgün çalışmasına nəzarət etmək.
Tender və digər müsabiqələrin keçirilməsi üçün araşdırmalar aparmaq.
Təchiz olunan mal və xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə təchizatçılarla görüşlər keçirmək.
İş fəaliyyətinə uyğun rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Vəzifə funksiyalarının icrası və rəhbərinin göstərişlərinin həlli zamanı Cəmiyyətin müvafiq struktur bölmələrinin çalışanları ilə əməkdaşlıq etmək.
Tələblər:

Ali təhsil;
Təchizat və ya tender sahəsində minimum 3 il təcrübə.
İngilis dili yüksək.
İş şərtləri:

İş məkanı: Azure Plaza
Əmək haqqı: Namizədin təcrübəsinə əsasən razılaşma yolu ilə
İş rejimi: 5 gün (həftəiçi)
Nahar: Təmin edilir
Rəqabətli əmək haqqı və mükafat sistemi.
Peşəkar inkişaf imkanları və təlim proqramları.
Müasir iş mühiti və layihələrdə iştirak.