İş Təsviri
FLY INTO BAKU
Vəzifə öhdəlikləri:
Tələb olunan malların və xidmətlərin vaxtında və keyfiyyətli şəkildə təchiz olunmasını təmin etmək;
Satınalmalar üzrə sənədləşdirmə işlərinin aparılması;
Aylıq sifarişlərin tərtib olunması zamanı PO (Purchase Order – satınalma sifarişi) hazırlanması;
Satınalma prosesinin vaxtında, prosedur və qaydalara uyğun olaraq icra edilməsi;
Anbar məlumatları əsasında müəssisənin mallara olan tələbatının müəyyənləşdirilməsində iştirak;
Ayın əvvəlində növbəti ayların alışlarına dair ətraflı hesabatın hazırlanaraq təqdim edilməsi;
Şirkətin bütün struktur və bölmələrinin fasiləsiz təchizat təminatının həyata keçirilməsi;
Satınalma tələblərinin hazırlanması və razılaşdırılmış şərtlərə uyğun sifarişlərin təsdiqi və verilməsi;
Satınalma sorğularının hazırlanması və nəzərdən keçirilməsi, alışların vaxtında baş tutması üçün zəruri icazələrin təmin edilməsi;
Sifarişlərin verilməsi və daşınma prosesinin izlənməsi;
Satınalma və inventar fəaliyyətlərinin idarə edilməsi, qiymət və mövcudluğun təhlili, mövcud inventardan istifadə və təchizat siyasətlərinə nəzarət.
Namizədə tələblər:
Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
Təchizat, logistika və ya müvafiq sahə üzrə ali təhsil (arzuolunandır);
Azərbaycan dilində sərbəst danışıq, İngilis dili və Rus dili biliyi arzuolunandır;
Microsoft Office proqramları: Outlook, Word və Excel;
Yüksək məsuliyyət, analitik düşüncə və komandada işləmək bacarığı.
İş şərtləri:
İş rejimi: 5 günlük
İş vaxtı: 09:00-18:00
Nahar və servis şirkət tərəfindən qarşılanır
Əmək haqqı müsahibə zamanı bildiriləcək
Ünvan: Heydər Əliyev Beynəlxalq Aeroportu, “FLY INN Baku” mehmanxanası
Tələblərə uyğun nazmidlər öz CV-lərini mövzu hissəsində “Təchizat üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt göndərə bilərlər.