İş Təsviri
AAC MMC
Mühasibatlıq sahəsində dərin biliklərə sahib olmaq və öyrəndiklərini tətbiq etmək istəyən gənc, çevik və enerjili gəncləri komandamıza dəvət edirik.
Tələblər:
Təhsil: Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və İqtisadiyyat üzrə bakalavr dərəcəsi)
Kompüter bilikləri: MS Office proqramları;
Dil bilgisi: Azərbaycan dili sərbəst
İş qrafiki: Bazar ertəsi-Cümə (saat 08:00-17:00) nahar fasiləsi (13:00-14:00)
Yaş həddi: 21-29 yaş aralığı
İşin təsviri
E-qaimələrin yoxlanılması
Debitor və kreditorların üzləşdirilməsi
ERP proqramı üzərində hesabların açılması və yoxlanılması
Mühasibin digər gündəlik əməliyyatlarına dəstək
Üzləşmə aktlarının tərtibatı, hazırlanması
Mühasibatlıq üzrə digər sənəd dövriyyəsinin aparılması
İş şəraiti
İş yeri: Qaradağ ray, Səngəçal qəs,Salyan şossei 47-ci km.
Təcrübə proqramı ödənişsizdir. (Təcrübə proqramını uğurla bitirən şəxslərə işə qəbul imkanı)
Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur
İş rejimi – 5 günlük
Maraqlanan şəxslər öz CV-lərini mövzu hissəsində vəzifəninin adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməlidirlər.