Tədarük üzrə mütəxəssis

İyul 11, 2025
Müraciət sonu: Avqust 10, 2025
İndi Müraciət Et

İş Təsviri

Veysəloğlu MMC

Vəzifə funksiyaları:

Məhsul alışı planlaşdırılmasını etmək və kommersiya məqsədli malların alınması üzrə fəaliyyəti həyata keçirmək;
Məhsul alışı üçün sifarişlərin hesablanması;
Alınacaq məhsulların qiymət listini almaq, məhsulların master datasını əldə etmək və sistemə tanıdılmasına nəzarət etmək;
Alınacaq malların sifarişini hazırlamaq və SAP sisteminə daxil etmək;
Razılaşdırılmış sifarişi müvafiq tədarükçüyə göndərilməsinə nəzarət etmək
Razılaşdırılmış sifarişi müvafiq tədarükçüdən sifarişin miqdarını kontrol etmək üçün sənəd tələb etmək; ödənməsini təşkil etmək ,ödəmə prosedurda lazim olan prosesleri yerinə yetirmək;
Sifarişə dair müəyyən dövlət əhəmiyyətli icazələrin alınması üçün müraciətin edilməsi ,kontrolda saxlanılmasını həyata keçirmək
Vəzifə funksiyalarının yerinə yetirilməsi zamanı üst rəhbərlərdən gələn təlimat və göstərişləri qəbul etmək və zamanında icra etmək;
Tədarükçülərlə olan görüşlərdə iştirak etmək, planları yaxından izləmək;
Vəzifə tələbləri:

Müvafiq sahə üzrə minimum 1 illik təcrübənin olması
MS Office, xüsusilə Excel proqramını əla bilmək;
Azərbaycan, rus və ingilis dillərini səlis bilmək;
Riyazi biliyi olanlara üstünlük veriləcək;
Verilən tapşırıqları təyin olunmuş müddətdə icra etmək;
Problemləri operativ həll etmək;
Yüksək ünsiyyət bacarığı;
Analitik düşünmə və təhlil etmə qabiliyyəti;
Korporativ yazışma və işgüzar danışıqların aparılması bacarıqları.
Təminatlar:

Servis xidməti
Nahar təminatı
Əmək haqqı: Müsahibə əsasında təyin olunur

İş yeri: Bakı şəhəri

İş qrafiki: Həftənin 5 günü saat 08:00-dan 17:00-dək

Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Tədarük üzrə mütəxəssis” qeyd etməklə recruitment@veyseloglu.az elektron poçt ünvanına və ya karyera.veyseloglu.az saytına göndərə bilərlər.

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.