İş Təsviri
Honours Academy
Əsas vəzifə öhdəlikləri:
Təlimlərin həyata keçirilməsi üçün ilkin planlama və başlanma prosesinin koordinasiyası
Təlim məqsədinə uyğun təlimçinin seçilməsi və təyin olunması prosesinin idarə edilməsi
Təyin olunmuş təlimlərin icrası üçün zəruri məlumatların aidiyyəti komanda üzvlərinə ötürülməsi
Əsas təlimlərin paralel və planlaşdırılmış sayda fasiləsiz təşkili və davamlılığının təmin olunması
Təcrübəli təlimçilər bazasının formalaşdırılması və strukturlaşdırılmış şəkildə idarə edilməsi
Təlimçilərlə çevik və peşəkar əvəzləmə sisteminin qurulması
Təlimçilərlə münasibətlərin idarə edilməsi və əməkdaşlıq mədəniyyətinin təşviq edilməsi
Yeni təlim, seminar və informasiya sessiyası təşəbbüslərinin hazırlanması və rəhbərliyə təqdim edilməsi
Təsdiqlənmiş təşəbbüslərin tətbiqi üçün aidiyyəti komanda üzvləri ilə koordinasiya
Təlim strukturu və məqsədlərinə dair ilkin akademik əməkdaşlıq və məlumat mübadiləsinin təşkili
Hazırlanan təlim materiallarının rəhbərliyə təqdim edilməsi və təsdiqləndikdən sonra marketinq məqsədilə ötürülməsi
Təlim təşəbbüslərinin komanda daxilində vahid sistemlə əlaqələndirilməsi
Tələblər:
Təlim və ya layihə yönümlü vəzifələrdə təcrübə
Operativ və strateji yanaşma qabiliyyəti
Planlaşdırma, əlaqələndirmə və detallara diqqət bacarığı
Güclü kommunikasiya və komanda əməkdaşlığı bacarıqları
Google Workspace (Docs, Sheets, Forms və s.) ilə işləmək bacarığı
İş rejimi:
6 iş günü (10:00–18:00 / şənbə 10:00–16:00)
İstirahət günü: Bazar
Təklif etdiyimiz imkanlar:
Peşəkar və dəstəkləyici komanda mühiti
Müxtəlif və dinamik iş prosesi
Rəqabətli əməkhaqqı (müsahibə zamanı müəyyən olunacaq)
Performansa əsaslanan bonus sistemi
Peşəkar inkişaf və yüksəliş imkanları