İş Təsviri
Sirab Satış və Dağıtım MMC
Əsas tələblər:
Minimum təhsil dərəcəsi: Bakalavr
Komputer bilikləri: MS Office – əla;
Təcrübə: İnsan Resursları sahəsi üzrə ən azı 3 il iş təcrübəsi;
Əmək qanunvericiliyi üzrə mükəmməl səviyyədə nəzəri və praktik biliklər;
Kadr işinin təşkili, Əmas, sənədləşdirmə və hesabatların tərtib edilməsinə dair biliklər;
İnsan resurslarının idarə edilməsi sahəsində nəzəri biliklər.
Fərdi keyfiyyət göstəriciləri:
Keyfiyyət yönümlülük;
Diqqətlilik;
İntizamlılıq;
Yenilikçi və proaktiv yanaşma;
Məsuliyyətli.
İş barədə:
Gündəlik davamiyyətinin qeydiyyatını aparmaq
Tabel uçotu sistemini dəqiq şəkildə idarə etmək və rəhbərliyə təqdim ediləcək gündəlik/aylıq hesabatları hazırlamaq
Davamiyyətə dair mənbə sənədlərinin düzgünlüyünə nəzarət etmək və mövcudluq uyğunsuzluqlarını araşdırmaq
Sahə rəhbərləri ilə əməkdaşlıq edərək real vaxtlı davamiyyət nəzarətini təmin etmək
Əməkdaşların iş rejiminə, növbəlilik sisteminə uyğunluğuna nəzarət etmək
Excel və digər elektron sistemlər vasitəsilə davamiyyət bazasının idarə olunması
Əməkdaşların giriş-çıxış və fasilə saatlarının analitik təhlilini aparmaq, uyğunsuzluqlar üzrə geribildirim vermək
İş vaxtının norması:
09:00-18:00 / 5 günlük iş həftəsi
Vəzifə üzrə əmək haqqı:
Namizədin bilik və bacarığına uyğun olaraq
Müraciət forması:
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Tabel üzrə mütəxəssis” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.