Talant Partnyor

Müraciət sonu: Avqust 16, 2025
İndi Müraciət Et

İş Təsviri

Veyseloglu MMC

“Veysəloğlu MMC” Talant Partnyor vakansiyasını elan edir. Ətraflı məlumatla aşağıda tanış ola bilərsiniz:

İş şəraiti

İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 08:00-dan 17:00-dək / 09:00-dan 18:00-dək
Vəzifə öhdəlikləri:

Təyin olunmuş bölmələrdə İR üzrə strateji tərəfdaş kimi çıxış etmək;
Biznes rəhbərləri ilə birgə İR strategiyalarını hazırlamaq və tətbiq etmək;
Ştat planlaması və işçi xərclərinin idarə olunmasına dəstək vermək;
İşə qəbul prosesini tam şəkildə idarə etmək;
Yeni işçilərin adaptasiyası və sınaq müddətinin izlənməsini təmin etmək;
Performans qiymətləndirməsini təşkil etmək və inkişaf planları hazırlamaq;
Yüksək potensiallı əməkdaşların inkişafı üzrə proqramlar qurmaq;
İllik təlim ehtiyaclarını müəyyənləşdirmək və təlim planlamasına töhfə vermək;
Karyera inkişafı və yerdəyişmə proseslərində iştirak etmək;
İşçilərlə mütəmadi görüşlər keçirmək və problemlərin həllinə dəstək olmaq;
Əməkhaqqı və motivasiya sistemlərinin hazırlanmasında iştirak etmək;
Komanda ruhunu və işçi məmnuniyyətini artırmaq üçün təşəbbüslər irəli sürmək;
İR proseslərini təkmilləşdirmək və daxili layihələrdə fəal iştirak etmək;
Rəhbərlərə və əməkdaşlara İR məsələləri üzrə məsləhət vermək;
Təşkilati strukturun formalaşdırılmasında struktur rəhbərləri ilə birgə işləmək;
İR hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək;
Korporativ qaydalara uyğun fəaliyyət göstərmək;
Rəhbərliyin tapşırıqlarını vaxtında və dəqiq yerinə yetirmək.
Namizədə Tələblər

Ali təhsil (İnsan resursları, psixologiya, biznesin idarə olunması və ya əlaqədar sahələr üzrə);
İnsan resursları sahəsində minimum 1 illik iş təcrübəsi
Güclü analitik düşüncə və qərarvermə bacarığı – məlumatlara əsaslanaraq düzgün istiqamət seçmək qabiliyyəti;
Yüksək səviyyəli ünsiyyət və dinləmə bacarığı – əməkdaşlar və rəhbərlərlə açıq və etibarlı kommunikasiya qurmaq;
Empatiya və ədalətlilik – işçilərin ehtiyaclarını dinləyərək balanslı yanaşmalar göstərmək;
Məsuliyyətlilik və liderlik – təşəbbüs göstərmək, işə sahiblənmək və nəticəyə yönəlik çalışmaq;
Dəyişikliklərin idarə olunmasında çevik və adaptiv yanaşma;
Konfidensiallıq və etik prinsiplərə sadiqlik;
Təqdimat bacarığı və rəhbərliyə məntiqli şəkildə təsir edə bilmək qabiliyyəti;
Texniki Bacarıqlar:
MS Office proqramları ilə yüksək səviyyədə işləmə bacarığı (xüsusilə Excel və Visio);
Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət; İngilis dili biliyi üstünlük hesab olunur.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
Nahar ilə təmin edilmə.
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Talant Partnyor” qeyd etməklə recruitment@veyseloglu.az elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.