İş Təsviri
BLUEPRINT CONSTRUCTION
İş barədə məlumat
– Dövlət və özəl sektorda elan olunan tenderlərin gündəlik olaraq internet üzərindən araşdırılması və uyğun tenderlərin müəyyən edilməsi
– Tender sənədlərinin hazırlanması, strukturlaşdırılması və təqdimat üçün tam paket formasında hazırlanması
– Tender şərtlərinin təhlili və uyğunluğun təmin olunması
– Lazımi texniki, kommersiya və hüquqi sənədlərin toplanması və koordinasiyası
– Şirkətdaxili əlaqələndirmənin həyata keçirilməsi və müxtəlif şöbələrlə əməkdaşlıq.
– Tender prosedurlarının vaxtında və düzgün şəkildə icrasına nəzarət
– Tenderlərin nəticələrinin izlənməsi və hesabatların hazırlanması.
– İş qrafiki 5 günlük.
Namizədə tələblər
– Müvafiq sahədə minimum 2 il iş təcrübəsi
– Dövlət və ya özəl tender sistemləri ilə işləmək təcrübəsi (ASAN Tender, e-tender.gov.az və s.)
– Tender sənədlərinin hazırlanması üzrə praktiki bacarıq
– Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı
– MS Office proqramlarında sərbəst işləmək bacarığı
– Diqqətli, məsuliyyətli və vaxtında işləmə bacarığı olan
Üstünlük verilə bilər:
– Hüquq, iqtisadiyyat və ya idarəetmə sahəsində ali təhsil
– İngilis və rus dillərində bilik
– İstehsalat və tikinti sahəsində tender təcrübəsi
CV-lərinizi və mövzu hissəsində “Tender Mütəxəssisi” qeyd etməklə ilgar@blueprint.com.az göndərməyinizi xahiş edirik.