TENDER ÜZRƏ MÜTƏXƏSSİS (TİBBİ AVADANLIQLAR)

İyun 16, 2025
Müraciət sonu: İyul 16, 2025
İndi Müraciət Et

İş Təsviri

Zemed MMC

İş barədə məlumat
– Dövlət və özəl tender elanlarının gündəlik izlənməsi
– Tender sənədlərinin hazırlanması, texniki spesifikasiyaların uyğun şəkildə tərtibi
– İstehsalçılar və təchizatçılarla əlaqə yaradaraq tələb olunan məhsullar üzrə texniki və ticari təkliflərin toplanması
– Rəqabətli qiymətlərin əldə olunması üçün əzimkarlıqla işləmək
– Tender nəticələrinin təhlili və rəhbərliyə hesabatların təqdim edilməsi
– Əmək haqqı: stabil olaraq 1000 AZN (əlavə bonuslar tender nəticələrinə əsasən hesablanır)
– İş qrafiki: Bazar ertəsi – Cümə, saat 09:00-dan 18:00-dək
– İş yeri: Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi.

Namizədə tələblər
– Ali təhsil (tibbi, texniki və ya iqtisadi sahələr üzrə arzuolunandır)
– Azərbaycan, Rus və İngilis dillərində sərbəst yazışma və sənəd hazırlama bacarığı
– MS Office proqramlarında sərbəst işləmək qabiliyyəti
– Tibbi avadanlıqlar və tibbi sərfiyyat məhsulları üzrə texniki və praktik biliklərə malik olmaq və bu bilikləri real iş prosesində tətbiq etmək
– Beynəlxalq və yerli təchizatçılarla yazışma və qiymət toplama bacarığı.
– Araşdırma aparmaq, müqayisəli təhlil etmək və rəqabətli təklif hazırlamaq qabiliyyəti
– Tender sahəsində minimum 4 il iş təcrübəsi
– Operativlik, dəqiqlik, analitik düşüncə və məsuliyyətlilik.

CV-lər info@zemed.az elektron ünvanına göndərilməlidir.Mövzu hissəsində “Tender üzrə Mütəxəssis” qeyd olunmalıdır.