İş Təsviri
Tegeta Motors Baku
Namizədə olan tələblər:
Təhsil: Ali;
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi olmalı;
Ofis proqramlarını əla səviyyədə bilməli;
Azərbaycan və rus dilləri səlis, ingilis dilini yaxşı səviyyədə bilməli;
Elektron hökümət portalı ilə işləyə bilmə bacarığı;
Bazar araşdırması etməyi bacarmalı.
Vəzifə öhdəlikləri:
Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
Tenderin Əsas Şərtlər Toplusunun nəzərdən keçirilməsi, şirkətin iştirakçılara qoyulan tələblərə cavab verib-verməməsi, şirkətin tenderlərdə iştirak imkanları haqqında ilkin analizin aparılması və rəhbərliyin məlumatlandırılması;
Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması, toplanması, son müraciət tarixinə qədər düzgün şəkildə təqdim edilməsi;
Tender sənədlərinin təmin edilməsi üçün struktur bölmələrlə düzgün koordinasiyanın təmin edilməsi;
Tender sənədlərinin təhlili zamanı meydana gələn suallarla bağlı tender keçirən təşkilatlara sorğuların göndərilməsi, yazışmaların və danışıqların aparılması;
Tender təklifinin hazırlanması zamanı və təklif təqdim edildikdən sonra qiymətləndirmə müddətində Tender Komissiyası ilə yazışmaların aparılması, daxil olan suallara cavabların vaxtında və düzgün cavablandırılmasının təmin olunması;
Tender prosesi zamanı şirkətin təmsil olunması;
Tender proseslərinin gedişatı və nəticələri haqqında illik və aylıq hesabatların hazırlanması.
İş şərtlərimiz:
Əmək haqqı: müsahibə əsasında;
İş qrafiki : Həftəiçi 5 gün (09:00-18:00);
Korporativ nömrə müəssisə tərəfinfən təmin olunur
Ünvan: Qaradağ rayonu, Lokbatan dairəsi, Salyan şossesi 14 km.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Tender üzrə Mütəxəssis” yazaraq Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Telefon: +994512079888