İş Təsviri
AZ Smart LLC
Vəzifə öhdəlikləri:
Müştəriyə texniki dəstək xidmətlərinin səmərəli şəkildə göstərilməsi, müştəriyə yerində yardım göstərilməsi;
“Service Desk” vasitəsi ilə qeydiyyata alınan bütün sorğuların vaxtında cavablandırılması və həll olunması;
Nəzarət-Kassa Aparatlarında proqram təminatlarının quraşdırılması, yüklənməsi və problemlərin aşkar olunaraq operativ şəkildə icra olunmasını təmin etmək.
Tələb olunan bilik və bacarıqlar:
Microsoft Windows və Android əməliyyat sistemi barəsində biliklər;
Desktop, laptop və mobil cihazların şəbəkəyə qoşulma prinsipləri haqqında biliklər;
Simsiz şəbəkə nöqtəsi barədə baza bilikləri;
Kompyüter texnikası və şəbəkə avadanlıqları haqqında ümumi anlayış;
Nasazlıqların axtarışı üzrə bacarıqlar;
Xidmət masası (Service Desk) ilə iş təcrübəsi;
Microsoft Office proqramlarından istifadə təcrübəsi;
Əlavə məlumatlar:
İş qrafiki: 5 günlük iş həftəsi
İş vaxtı: 09:00 – 18:00