İş Təsviri
Universal Group of Companies
Təsvir:
İşlərin görülmə metodunun hazırlanması və idarə olunması;
Layihələndirmə prosesinin təşkili və idarə edilməsi;
Rəhbərliyin texniki xarakterli tapşırıqlarının vaxtında və dəqiq yerinə yetirilməsi;
İşlərin icra qrafiklərinin hazırlanması və yoxlanılması;
Lazımi mal-material təchizatı qrafikinin hazırlanması və nəzarəti;
İşin istehsal-təqvim planının hazırlanması və icrasına nəzarətin təşkili;
Aylıq və həftəlik-günlük iş planlarının razılaşdırılması;
Material hesabatlarının və yerinə yetirilmiş işlərin qəbulu aktlarının hazırlanmasına nəzarət;
Yerinə yetirilmiş işlərin reyestrinin tərtib olunması və sistemli şəkildə saxlanması.
Tələblər:
Texniki təhsil (Maşınqayırma, Metallurgiya və digər müvafiq sahələr üzrə ali təhsil arzuolunandır);
Dil bilikləri: Rus dili əla səviyyədə;
Müvafiq sahədə (inşaat rəhbəri, layihə rəhbəri, texniki ofis rəhbəri) minimum 5 illik iş təcrübəsi;
AutoCAD, MS Office, MS Project və digər aidiyyəti proqramlarla işləmək bacarığı;
İstehsalat layihələrinin idarə olunması üzrə biliklər;
Analitik düşüncə və yüksək təşkilatçılıq qabiliyyəti;
Müştərilərlə və podratçı təşkilatçılarla yüksəksəviyyədə ünsiyyət qurmaq bacarığı.
5-10 nəfərlik komandaları idarə etmək bacarığı.
Texniki problemlərin təyin edilərək təhlil olunması və həll yollarının tapılması bacarıqları;
Hesabat hazırlama və təhlil etmə bacarığı;
İş şərtləri:
Həftə içi 5 gün, 10:00 – 19:00;
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
Korporativ nömrə və mobil telefon;
Könüllü tibbi sığorta;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV formasını Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsinə “Texniki ofis rəhbəri” yazaraq göndərə bilərlər.