Texniki Satış üzrə Mütəxəssis (Elektrik Panoları üzrə) – Quba, Vel Vele kəndi

Müraciət sonu: Avqust 14, 2025
İndi Müraciət Et

İş Təsviri

Amper Energy

İş yeri – Quba rayonu, Vel-Vele

Vəzifə öhdəlikləri:

Elektrik panolarının daxilinə yığılan bütün komponentlərin (avadanlıq, kabel, aksesuar və s.) texniki və maliyyə baxımından qiymətləndirilməsi
İşçilik xərclərinin hesablanması və yekun təklif formasında müştəriyə təqdim edilməsi
Layihələr üzrə təkliflərin hazırlanması və satış komandası ilə koordinasiyalı işləmək
Təchizatçılarla qiymət və stok mövzusunda əlaqədə olmaq
Tələblər:

Xanım namizədlərə üstünlük verilir
Elektrik mühəndisliyi və ya əlaqəli sahədə təhsil
Elektrik panoları və aşağı gərginlikli sistemlər üzrə minimum 2 il təcrübə
Texniki sənədlərlə işləmə bacarığı
Qiymət analizi və kommersiya təkliflərinin hazırlanmasında təcrübə
MS Excel və AutoCAD bilikləri üstünlükdür
Təklif edirik:

Rəqabətə davamlı əmək haqqı (namizədin bilik və bacarığına uyğun)
Peşəkar və dost kollektiv
Peşəkar inkişaf və təlim imkanları
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Əlavə məlumat üçün +994503067100 ilə əlaqə saxlaya bilərsiniz.